dini radikalizm və ekstremizmlə mübarizə

HƏRBİÇİLƏRİMİZ CANLI ŞƏHİDLƏRDİR

HƏRBİÇİLƏRİMİZ CANLI ŞƏHİDLƏRDİR
Həyatda hər kəsin üzərinə düşən bir missiya var. Kimi həkim , kimi müəllim, kimi hərbiçi.
Hər bir sahənin öz çətinliyi var. Mənim üçün ən şərəfli peşə hərbidir. Hərbiçilərimiz Dövlətin, xalqın, millətin qorunması üçün hər an canından keçənlərdir.
Bu o hərbiçilərdi ki, aprel ayında tarix yazdılar. Azərbaycan tarixinə tarix yazan igidlər. Məhz aprel ayında tarix yazan igidlərimiz çox oldu.
Bu gün oxucularıma canını Vətən yolunda hər an qurban verməyə hazır olan qazimiz haqqında məlumat vermək istəyirəm.
O, kimdir?
İlk öncə Vətən fədaisi!
Ölümün gözünə dik baxan, əsgər, zabit!
Canını hər an qurban verə biləcək canlı Şəhid.
Bəli mən hərbiçilərimizə həmişə canlı Şəhid deyirəm. Axı onlar iki misra əmrə tabe olaraq ölümün gözünə baxanlardır.
Teymur Aliyevdə məhz belə igidlərdəndir.
O, hansı yolu keçdi?
Teymur Aliyev Mütəllim oglu 06.12.1979 ci ildə Füzuli rayonu aşagı güzlək kəndində anadan olmuşdur.
1981- ci ildən Horadiz şəhərində Qurban Namazəliyev küçəsində yaşayır.
1986- ci ildə Horadiz şəhər Şəhid Mahir Səfərov adına 1 nömrəli orta məktəbdə təhsil almışdır.
1993-cu ildə məcburi köçkünlük həyatını yaşamışdır və daha sonra Sabirabad rayonu Qalaqayın kəndində çadır şəhərciyində məskunlaşmışdır.
1998 ci il- iyul ayının 13- də Hərbi xidmətə çağrılaraq, Hərbi polis birləşmələrində xidmətə başlamışdır. 2000-ci il aprelin 15-i isə təxris olmuşdur.
2002-ci ilin fevral ayında Ərazilərin Minalardan Təmizlənməsi Agentliyində işləməyə başlamışdır. 2014-ci ilin may ayında isə hərbi xidmət üçün xidmətə sənəd vermişdi.
ANAMA təşkilatından öz istəyi ilə azad olunaraq xidmətə başlamışdır. Xidmət üçün kursu bitirib və nota atıcı manqal komandiri olaraq xidmətə davam etmişdir.
Daha sonra düşmənlə üz- üzə olan dostların birində hal-hazırda xidməti borcunu davam etdirir və kəşfiyyat bölüyündə 2-ci taqım 1-ci manqalda baş kəşfiyyatçı isdekamçı vəzifəsində xidmətini davam edir.
1 apreldən 2 sinə keçən gecə düşmən hücumunun qarşısını alaraq layiqli cavabını verib və Lələtəpənin azad edilməsində iştirak edib. Aprel ayının 4- dü düşmənə iki tərəfli sinayper atəşi açaraq düşmənə sarı irəliləyərək texnikalarını məhv etmişdir.
Döyüş zamanı 12- mərmidən sonra danışığ qabiliyyətini itirmişdir. Döyüş zamanı keçirdiyi əsəb gərginliyi hətta onun qulaqlarında problem yaranmışdır və bu durum onun gözlərinin zəifləməsinə gətirib çıxarır..
Milli qəhrəmanımız polkovnik Şükür Həmidovun göstərişi ilə müalicəyə göndərilmişdir. Daha sonra 12 günlük müalicədən sonra öz istəyi ilə müalicəni imtina edərək və xidməti borcunu davam etdimişdir.
P.S... Mən Hərbiçi oğullarımlzla fəxr edirəm.
Onlar Azərbaycanın qürur mənbəyləridir.
Öz gənc ömürlərini səngərlərdə keçirən. Övladının boyunu doyunca sevə bilməyən.
Sevdiklərinə həsrət qalan, öz ömrünü, həyatını Xalqının, millətinin firavan yaşaması üçün qurban verməyə hazır olan igidlərdir.

Hazırladı: ALMAZ İLAHƏ

HƏRBİÇİLƏRİMİZ CANLI ŞƏHİDLƏRDİR
HƏRBİÇİLƏRİMİZ CANLI ŞƏHİDLƏRDİR
HƏRBİÇİLƏRİMİZ CANLI ŞƏHİDLƏRDİR
HƏRBİÇİLƏRİMİZ CANLI ŞƏHİDLƏRDİR

Oxunub: 947
Oxşar xəbərlər
SON XƏBƏRLƏR