dini radikalizm və ekstremizmlə mübarizə

ALİ BAŞ KOMANDANA XƏYANƏT EDƏNLƏR ARTIR.

ALİ BAŞ KOMANDANA XƏYANƏT EDƏNLƏR ARTIR.İllərlədir Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən minlərlə oğullar Şəhid verdik.
Onlar bizlər uğrunda ölərkən biz onların əmanət qoyib getdiklərinə sahib çıxmaqdansa hələ üstəlik hissləri ilə oynayaraq respublikanı tərk etmək məcburiyyətində bıraxırıq.
Şəhidin ailəsi üçün keçiriləcək bir tədbirin nə qədər önəmli olmasını məndən sorun.
Hər bir ana, həyat yoldaşı üçün Şəhidinin yad ediləcəyi gün onun əzizinin ruhuna qovuşmasıdır. Biləsuvar rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən ləğv edilən tədbir onlar üçün önəmli olmadığı fakt olaraq ortadadır. Ey gidi dünya bu igidlər kimə görə Şəhid oldu???
Bu gün dövlət başçısının ehtimadını doğrulda bilməyəcək məmurlar kimə güvənir?
Dövlətin malın-pulun yeyərək harınlayıb Şəhid ailəsinə hörmətsizlik etmək isə heç kimə bağışlanmayacağınada əminəm.
İnanıram ki, Cənab prezident, Ali baş komandan bu kobud səhvi nə Biləsuvar Rayon rəhbərliyinə nə də Şəhid ailəsinə biganə yanaşan heç bir məmura bağışlamayacaq.
Bu məmurlar Şəhidinə xəyanət etməklə Ali baş komandanın siyasətinə xəyanət edirlər.
Maraqlısı da odur ki, belə xəyanətkarlar günü gündən artmaqdadırlar.

Almaz İlahə

Oxunub: 603
Oxşar xəbərlər
SON XƏBƏRLƏR