dini radikalizm və ekstremizmlə mübarizə

REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ

REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ

2017-ci ildə Nurəddin Aslanovun təşəbbüsü ilə çəkilən Son nəfəsədək filmi Birinci Qarabağ Müharibəsinin başlama səbəblərini özündə əks etdirir. Real hadisələrə söykənən film ümumi Qarabağ haqqında yox, bir neçə kəndin ətrafında baş verən hadisələrdən bəhs edir. Baş rolu İlqar Cahangirin canlandırdığı “Son nəfəs” filminin heyət üzvləri gənc, o qədər də məhşur olmayan aktyorlardan ibarət olmasına baxmayaraq obrazlar çox gözəl oynanılmışdı. Möhtəşəm senari, uğurlu rejissor və mükəmməl aktyorlar seçimi Qarabağ həqiqətlərini bütün çılpaqlığı ilə gənc nəsillərə çatdırmaq üçün ən gözəl vasitədir. Bu mövzuya müraciət rejissor tərəfindən Azərbaycan gəncliyinə və həmçinin kinosuna edilən qiymətsiz tövhədir.
Tədbir iştirakçılarından olan Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək bildirdi ki, Qarabağ müharibəsi haqda filmlər insanları qələbəyə ruhlandırır. Gənc nəsilə vətən sevgisi aşılayır. Bu baxımdan Qarabağ mövzusuna müraciət edən rejissorlara dəstək olmaq vacibdir: "
Son nəfəsəcən filminin çağırışı bir daha Azərbaycan xalqının lazım olan məqamda birlikdə olduğunu sübuta yetirdi. İnanıram ki, Azərbaycanın talehyüklü məsələlərinin həllində olduğu kimi, məhz Vətənpərvərliyi əks etdirən Qarabağ yangısını, millətimizə qarşı olan haqqsızlığı, erməni vandallarının xainliyini əks etdirən bu film gənc nəsl üçün çox önəmlidir. Filmin təqdimatında minlərlə insan iştirak edirdi bir araya gələn bacı qardaşlarımızın bu birlik və bərabərliyi hamımızı sevindirir. Qarabağımız uğrunda çəkilən bu filmdə iştirak edən insanlar sanki bu filmin nümayişinə deyil, Azərbaycan xalqının bir araya gəlməsinə xidmət edirdi.
Mən inanıram ki, Ali Baş Komandanımızın hər hansı bir çağırışı olarsa, azərbaycan xalqının igid mərd oğul, qızları beləcı bir araya gələcəksiniz.
Milli Məclisin üzvü Aqil Abbas, Birinci Qarabağ iştirakçıları, aprel döyüşçüləri, şəhid ailələri ilə yanaşı bir çox media nümayəndələrinin də iştirak etdiyi filmin nümayişi uğurla başa çatdı.
Mənim xalqımın övladlarına da məhz bu yaraşır bir olmaq birlik olmaq . Dünənki filmin təqdimatı bir daha bunu sübut etdi.
Azərbaycan xalqının qeyrətli oğulları qızları bir yumruq olaraq birləşməyə qadirdir.
Gün o gün olsun ki, Qarabağ torpaqlarının azadlığını əks etdirən qələbəmiz haqqda filmin təqdimatında iştirak edək.
Son nəfəsədək filmi Azərbaycan kinosuna yeni bir töhfədir.

Almaz İlahə
REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ
REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ
REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ
REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ
REAL HADİSƏLƏR “SON NƏFƏSƏDƏK” FİLMİ

Oxunub: 658
Oxşar xəbərlər
SON XƏBƏRLƏR