dini radikalizm və ekstremizmlə mübarizə

Çingiz Abdullayev: “Şəhərin müdafiəsinə ilk mən çıxacam”

Çingiz Abdullayev: “Şəhərin müdafiəsinə ilk mən çıxacam”
"Mən bilmirəm şəhərimdə nə baş verir, lakin dəqiq bilirəm ki, nə baş verməməlidir. “İçərşəhər” bizim şəhərin, xalqın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və bu gün, tarix, əfsanəmizdir. Bu bizim irsimizdir. Hər yerdə Qala divarlarının dağıdılmasına dair fotoşəkillər var. Restoran barədə danışırlar. Hər şey aydınlaşmamış qərar vermək istəmirəm. Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir. Hətta restavrasiya işləri aparılırsa və orada restoran tikilməyəcəksə belə...”.

Djb.az-in Unikal.org-a istinadən məlumatına gorə, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev öz "Feysbuk" səhifəsində yazıb.


Çingiz Abdullayev bildirib ki, bu hadisələrlə insanları dəlilik həddinə çatdırmamaq da olar:


“Mətbuat xidməti və ya digər informasiya xidmətləri vasitəsilə insanlara nə baş verdiyini izah etmək olar. Mənə bir nəfər izah etsin ki, nəyə görə fikirləri və arzuları hesaba alınmayaraq insanlar mütəmadi şəkildə təhqir olunurlar. Nə qədər olar ? Bir daha dəqiqləşdirirəm. Bu paylaşım dağıdılan divarla deyil, bu şəhərdə yaşayan insanlara dərin hörmətsizliklə bağlıdır.


Bu mənim də şəhərimdir. Pirşağı qəbiristanlığında təxminən yüzə yaxın qohumum dəfn olunub. Bakıda mənim valideynlərim dəfn olunub, burada mənim uşaqlarım doğulub. Əgər sabah şəhərin müdafiəsi üçün mitinq olsa, onun müdafiəsinə ilk mən çıxacam. Bu şəhərdə bizim indiki prezidentimiz anadan olub. Bu onun da şəhəridir. Bu şəhərdə bizim birinci vitse-prezidentimiz dünyaya gəlib. Bu onun da şəhəridir. Bu bizim şəhərimizdir. Əgər biz də olmasaq, onu kim qoruyacaq?".

"İçərişəhər" mövzusu medianın və sosial şəbəkələrin gündəmini zəbt edib. “İçərişəhər” Qoruğu ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri vətəndaşlar, xüsusilə də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.


Hətta oradan çəkilmiş şəkillər sosial şəbəkələrdə paylaşılandan sonra vətəndaşlar 11 may tarixinə Qala divarlarının qorunması tələbilə aksiya təyin ediblər. Artıq bəzi tanınmış simalar bəribaşdan aksiyaya qatılacaqlarını elan ediblər.

Oxunub: 541
Oxşar xəbərlər
SON XƏBƏRLƏR