» » BU ŞƏXS MÜBARİZ MƏNSİMOVDUR

BU ŞƏXS MÜBARİZ MƏNSİMOVDUR

  • 18-04-2019, 13:34
  • Gundem
  • 129
BU ŞƏXS MÜBARİZ MƏNSİMOVDUR
O, gəmilərdə aşbazlıq edir. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürür. Rusiyadan 1 gəmi alıb və İstanbula gətirir. Hazırda rəhbərlik etdiyi şirkətin 25 ölkədə ofisi var. Bu şəxsin ermənilərə böyük antipatiyası var. Ailəsi 7 şəhid verib. Şirkətində çalışan 50 mindən çox işçinin arasında bir nəfər də olsun erməni yoxdur.
Hər il fevral ayında Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxarır. Bodrumun mərkəzində Qız Qalası inşa etdirib. İstanbulun mərkəzi yerlərində Azərbaycan parkları saldırıb. İmkanı olmayan sadə adamların müalicəsini öz üzərinə götürüb. indiyədək Türkiyənin Ali təhsil ocaqlarında təhsil alan 18 min azərbaycanlı tələbənin təhsil haqqını şəxsi vəsaiti ilə ödəyib. Şəhid ailələrinə güclü dəstək göstərir. Vətən qarşısında xidmət göstərmiş bəzi adamların övladlarını mənzil ilə təmin edib. Hay terroru adlı sənədli filmin bütün Türkiyə TV-lərində yayınmlanmasını təşkil edib. Azərbaycan bayrağı olmayan heç bir tədbirə ayaq basmaz.
Bu şəxs, Mübariz Mənsimovdur

Taleh Turan
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031