» » TƏKİ VƏTƏN SAĞOLSUN

TƏKİ VƏTƏN SAĞOLSUN

  • 17-04-2019, 13:19
  • Gundem
  • 130
TƏKİ VƏTƏN SAĞOLSUN

Bugun biz müstəqil dövlətik, ölkəmizdə öz meyarımız dəsti xəttimiz var. Ötən illərə nəzər salsaq görərik ki, həm quruculuq sayəsində həmdə milli ordumuzun Ali baş komandanının güclü siyasəti nəticəsində torpaqlarmızı azad etməyə qüvvəmiz catir. Bəli səhidimiz ola bilər torpaq ugrunda ölən varsa vətəndir deyə bilərik amma bunun da bir sonu var istəmirik müharibə olsun, analarımız göz yası tökub bala dagının acı feryadını yaşasın. Bu tək bizim dərdimiz deyil bütün dunya Azərbaycanlilarının iç sızıltısıdır.
Azərbaycan ordusuna bircə övladını cəkinmədən xidməti borcunu yerinə yetirmək üçün göndərən analarımız var , düşmənin gülləsinə tus gələn minlərlə Səhidimiz var. Mən inanıram ki,vaxt gələcək bayragımız işğal olunmus torpaqlarımızda dalgalanacaq o gün isə çox uzaqda deyil.
Şəhid balalarımızın şəklinə baxanda məsum simalari səbr edin deyir , mətanətli qürurlu durun deyir. Hər bir Şəhid baxışı qələbəyə çox az qalıb söyləyir .
Nəzərə alsaq görərik ki, 6yiğalanan qoltuqlarda oturan məmur balalarından, deputat nəvələrindən fərqli olaraq Prezidentimizin bir balasi da ordumuzda qulluq edir, o da kasıbın balasından seçilmir. Atdığı addımı ilə isə deyir: " hami bu ölkədə bərabər olmalıdır." Elə mərd xanımlar tanıyıram ki ,evin tək dirəyi olan ogullarını çəkinmədən vətəni, namusunu qorumaga göndərib. Elə oğullar var ki, günlərlə ayaqlarını Murovun daglarin buzu kəssədə alnıaçıq valideyinlərinin yanına dönüblər. Elə bir insanlardan birini misal çəkmək istəyirəm. Bir çoxlarımızın tanıdıgı şəxsiyyətinə hörmət etdiyimiz Djb.az xəbərlər və informasiya saytinin təsisçisi və redaktoru Almaz İlahə Əhmədovanın yasama səbəbi ciyərparasi Mirrəhimi əsgərlik xidmətindən yayınmadı, hətta qardaş Türkiyədə təhsilini durduraraq müharibə şəraitində olan Vətənində xidmət etmək üçün geri qayıdaraq hərbi xidmətə yola düşdü. Gözəl sairəmiz Mətanət Sevdalınin oğlu əsgəri ölümdən xilas etdiyi üçün generalımız tərəfindən mükafatlandırıldı. MUBARIMIZ və minlərlə Səhidimiz olmasına baxmayaraq yenə də deyirik vətən sagolsun.
Azərbaycanın güclü ordusu var və bizlər onlara güvənərək rahat yaşayırıq. Necə ki , uzun illərdən sonra müstəqilliyimizi qazandiqsa eləcə də torpaqlarımızı da işğaldan azad edəcəyik və üc rengli bayrağımızı işğal altında olan torpaqları geri alaraq məhz orada dalgalandıracağıq....TƏKİ VƏTƏN SAGOLSUN!

Təranə Qasımova
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930