» » ATASIZLIQ ACISI...

ATASIZLIQ ACISI...

ATASIZLIQ ACISI...

Səni səsləmək üçün belə darıxmışam Ata... Gedişindən illər ötsə belə yoxluğunu qəbul edə bilmirəm ...
Sənin mənə olan qayğını uşaq olsamda unutmamışam. Həyatımda elə bir gün olmayıb ki, mən səni xatırlamayım.
Ətrafımda insanlar Atadan danışanda, içimdəki sənsizlik acısı qarşısında məcbur olaraq oranı tərk edirəm. Təskinliyimsə sənli xatirələrə sarılmaq olur.
Çünki sən mənim üçün vəfat etməmisən.Səni hər zaman qəlbimdə yaşadlram.
Ata haqqsızlıqlarla dolu olan bir dünyada məni tək qoyduğun üçün bəzən səni qınayıram. Hətda xəyallarımda sənə suallar yağdırıram, cavab almayaraq həmişəki kimi məyyus oluram.
Amma qarşılaşdığım çətinliklərə baxmayaraq mübarizliyum məni əyilməyə qoymur axı bu həyatda dik durmağı mənə sən öyrətdin Ata. Hər dəfə Şəhid Rəşidin oğludur sözünü eşitdikdə qəlbim dağa dönür. Ürəyim qan ağlasa belə yaçama gücünü səndən alıram. Axı mən Vətənini ailəsindən çox sevən Rəşid Bağırovun oğluyam. Sən mənə bu addımınla Vətən sevgisini, torpaq sevgisini, insan sevgisini öyrətdin. Sən körpə Xəyalını, gənc həyat yoldaşını qoyub ölümün gözünə dik baxmaq üçün Vətəni qorumağa getməsəydin, mən bu günkü Xəyal olmazdım. Ruhun mənu qoruyur bunuda bilirəm.
Mənnən heç narahat olma Ata bacardığımı şəhid anaları üçün edirəm.Çünki bu həyatda olmasanda atdığın addımlarla mənim müəllimim sən olmusan.
Ruhun şad olsun Yeganə Əvəzolunmaz insanım.. RUHUN QARŞISINDA BAŞ ƏYİRƏM...
PS. Çox tez-tez sosial şəbəkədə Xəyal Rəşid Bağırov imzası ilə qəlb sızladacaq yazılarla qarşılaşıram. Şəhid oğlu iki övlad atası olmasına baxmayaraq ata həsrətini o qədər incəliklə qələmə alır ki o yazılardan oxuyaraq yan keçmək olmur. Xəyalı həyatda da tanıyıram, bir komandanım üzvü olaraq qarşımıza qoyduğumuz məqsəd üçün çalışan insanlarıq. Məqsəd və məramımız isə Şəhidlərimizin unudulmamasıdır. Gənc nəslin övladlarına gördüyümüz işlərlə Vətən sevgisi aşılamaqdır. Görün
mənfur düşmənlər bizim nə qədər yaralı qəlbli övladıarımızı atası qoydular.
Saysız hesabsız gəlinlərimiz gəncəcik yaşda dul qaldı. Minlərlə qızlarımız sevdiklərinə qovuşmadan bir ömür həsrətlə yaşayacaq. Saysız hesabsız valideyinlər övlad cənazəsin qarşılayaraq soyuq torpağa əmanət verdilər. Bizim xalqımız çox sədaqətli, mərd, cəsur xalqdır. Məhz bu xüsusiyyətimiz bizləri bir tutur.


Hazırladı: Almaz İlahə
ATASIZLIQ ACISI...
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930