» » Ən qorxulu kibertəhdidlər - Adlar

Ən qorxulu kibertəhdidlər - Adlar

Ən qorxulu kibertəhdidlər - Adlar
İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point Software Technologies” ən aktiv kibertəhdidlərə dair yenilənmiş araşdırma dərc edib.

Djb.az “ICTnews”a istinadən xəbər verir ki, aşağıdakı zərərverici proqramlar martda daha çox yayılıb: “Cryptoloot”, “XMRig” və “JSEcoin”. Bu zərərli proqramlar gizli kriptovalyuta mayninqi üçün istifadə edilir. Dünyadakı şirkətlərin 6%-i “Cryptoloot” və “XMRig”, 5%-i isə “XMRig”in hücumuna məruz qalıb.

“Coinhive” və “Authedmine” mayninq xidmətləri 2019-cu il martın 8-də fəaliyyətlərini dayandırıblar. Lakin kriptomaynerin martda yalnız 8 gün işləməsinə baxmayaraq o, ən aktiv təhdidlər arasında 6-cı yeri tutub. “Coinhive” xidməti öz aktiv fəaliyyəti zamanı dünyadakı təşkilatların 23%-nə zərər vurub.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930