dini radikalizm və ekstremizmlə mübarizə

FƏLƏYİN QURBANI OLAN TAPDIQ TÜRKSOY KİMDİR?

FƏLƏYİN QURBANI OLAN TAPDIQ TÜRKSOY KİMDİR?

Fələy boynun sınsın sən qol qoymasan bir insan bu dünyadan köçməz. Sən istəməsən bir ana ağlar qalmaz. Sən fərman verməsən bir gəncin fərmanı verilməz indi de sənin adına necə hörmətlə yanaşım. Sənə nifrət edirəm fələk. Bizdən necə canlar aldın, körpə Zəhranı, Tapdığımı, Əbdülməcidimi, Anarımı, Nurlanımı, Əlizamanımı, Turalımı, Raminimi, Rəşadımı,Elnurumu, Salehimi, Elvinimi, Şahinimi, Nicatımı, Mübarizimi, Samidimi, Rasimimi, Fizulimi bax yüzlərlə, minlərlə belə şəhidlərimin adın sayaram fələk. Mən yoruldum fələk, anaların fəryadını eşitməkdən yoruldum sən isə yorulmadın. Səndə vicdan yoxki sızlaya. Bax ağlar qoyduğun bir ananın balasından, iki bacının bir tək qardaşından söz açacağam O, kimdir?
Babaşov Tapdıq Əlizaman oğlu 10.04.1992-ci ildə Şamaxı rayonunun Təklə kəndində ziyalı bir ailədə dünyaya göz açır. 1993-cü ildə ailə vəzyyəti ilə bağlı şəhərə köçürlər. 1998-ci ildə 91 saylı tam orta məktəbdə təhsil alaraq 2010- cu ildə yüksək qiyymətlərlə təhsilini başa vurur. Həmin ildə BDU- nin tarix fakültəsinə qəbul olunur. 2014-ci ildə təhsilini başa çardırır. Təhsil aldığı illərdə Tapdıq bir çox xarici dilləri öyrənib mənimsəyir. Tapdıq Türksoy Azərbaycan Respublikası OKİNAVO KARATE SİNDO RYU KARATE-DO Federasiyasının ll Respublika Çempionatının iştirakçısı olaraq lll qat Azərbaycan çempionu olur. O, təhsil aldığı müddətdə yaradıcılığ ilə də məşğul olaraq yazdı yaradır. Onun şeirləri, qəzəlləri həmyaşıdları arasında çox sevilir. Tapdığ 2015-ci ilin aprel ayının 23-də hərbi xidmətə yola düşür bir ay sonra may ayının 23-də dünyasını dəyişir.
Ölümündən sonra Tapdıq Türksoyun 2017- ci ildə "Qürurun Qətli" adlı şeirlər kitabı dərc olundu. 2017- ci ildə isə yazıçı Əli Rza Xələflinin Tapdıq Türksoy haqqında "Qiyamətdən bir gün əvvəl" adlı kitabı dərc olundu.
P.S. Əziz oxucularım Tapdıq Türksoyun anası ilə söhbətimiz əsnasında öyrəndiyim bir məqam məni çix sarsıtdı. Tapdıq Babaşov o qədər Vətən sevdalısı idi ki, o hərbi xidmətdən yayınmaması üçün sağlamlığında olan problemin həlli yolunu respublikamızda tapmadıqda o, internet vasitəsi ilə bir çox xarici dövlətlərə üz tutur və qurtuluşu Çin respublikasının Quanço şəhərində tapır.
Bir gün Tapdıq hərbi komisarlığa çağrılır, müayinə olunarkən onun öd kisəsində daş olduğu aşkarlanır. Ona əməliyyat olunarsa hərbi xidmətdən təxris olunacağını bildirirlər. Müayimə edən hərbi həkim bildirirlər ki, çağırışçının öd kisəsində daş olarsa hətda öd kisəsi ambutasiya edilmiş olarsabelə hərbi xidmətə yararsız sayılır.
Tapdıq evə qayıtdlqdan sonra anası Kifayət xanıma durumu açıqlayır. Kifayət xanım oğluna deyir:- ay bala yəqin ki, qismət belədir.
Tapdıq isə qəti bu fikirlə razılaşmır və necə olursa-olsun hərbi xidmətə gedərək Vətənə olan borcunu yerinə yetirəcəyini söyləyir. Və araşdıraraq öd kisəsi ambutasiya edilmədən daşların çıxarılmasının yalnız Çində olduğunu öyrənir. Amma ailə büdcəsi buna yol vermədiyi üçün Tapdıq öz atasından qalan aftomobilini sataraq anası ilə birgə Quanço şəhərinə yola düşür . Əməliyyat olunduqdan sonra geri dönür və iki ay sonra hərbi xidmətə yola düşür.
Vətən sevgisi onu əsgər olmağa çağırır. Kimi aftomabilini sataraq rüşət verib hərbi xidmətdən yayınır, kimisi də dünyasın vaxtsız dəyişmiş atasının həfiyyəsin sataraq hərbi xidmətə yararlı olmaq üçün əməliyyata xərcləyir. Kifayət xanım belə bir övlad yetişdirmişdi. VƏTƏN sevdalısı. TÜRK dünyasını sevən və səcdə edən bir oğul böyütmüşdür.

Almaz İlahə

Oxunub: 580
Oxşar xəbərlər
SON XƏBƏRLƏR