dini radikalizm və ekstremizmlə mübarizə

Tərtərdə əl qumbarası tapıldı

Tərtərdə əl qumbarası tapıldı
Aprelin 5-də Tərtər rayonu Hüsənli kəndi ərazisində əl qumbarası tapılıb.

Djb.az Unikal.org-a istinadən xəbər verir ki, məlumat əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçiriib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxunub: 619
Oxşar xəbərlər
SON XƏBƏRLƏR