dini radikalizm və ekstremizmlə mübarizə

APREL AYI İTGİLƏRİMİZƏ BAXMAYARAQ ZƏFƏR AYIDIR

APREL AYI İTGİLƏRİMİZƏ BAXMAYARAQ ZƏFƏR AYIDIR
Ataların bir deyimi var xeyir və şər bacı qardaşdır. Aprel ayında biz çox böyük itgilər yaşadıq. Hətda deyərdim qəlblərə sağalmaz yaralar vurdu. Səfalı Kəlbəcərin işğalı və aprel döyüşləri. Həm itirdik, həm qazandıq. Buna baxmayaraq Aprel ayı bizə Zəfər, qələbə , qürur sevinc duyğuları yaşatdı. Bu 2016- cı il aprel döyüşlərində ŞƏHİD olan igidlərimizin sayəsində yaşadığımız duyğulardır. Məhz bu ay Şəhidlərimizlə bağlı çox kövrəyəm.
Heç zaman talehimdə tam sevinc olmadı. Mənim sevincim kədərlə yoğruldu. Sevincimə həmişə kölgə düşdü. Bu da Allahın yazı qismətidir.
Mart ayında İlahəmi, atamı, bircə xalam oğlu Elnurumu itirdim... mart ayında nəvəmi Allah sevinc payı verdi.
Aprel ayında yüzlərlə igidimizi itirdik, eyni ayda yüzlərlə igidimiz hərbi xidmətdən geri dönür. İndi yüzlərlə minlərlə analar sebinc göz yaşına boğulacaq. Bu gün mənim də oğlum hərbi xidməti şərəflə başa vurub geri dönür.
Həm kədərliyəm həm sevincli... Qürur hissiylə deyə bilərəm ki, oğlumla fəxr edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin. Əsgər və zabitlərimizi qorusun. İLAHİAMİN.
Almaz İlahə Əhmədova




APREL AYI İTGİLƏRİMİZƏ BAXMAYARAQ ZƏFƏR AYIDIR
APREL AYI İTGİLƏRİMİZƏ BAXMAYARAQ ZƏFƏR AYIDIR
APREL AYI İTGİLƏRİMİZƏ BAXMAYARAQ ZƏFƏR AYIDIR

Oxunub: 673
Oxşar xəbərlər
SON XƏBƏRLƏR