dini radikalizm və ekstremizmlə mübarizə

ALİ BAŞ KOMANDANIN RƏSMİNİ GÖRƏRKƏN QƏLBİMDƏN BU KƏLMƏLƏR SÜZÜLDÜ.

ALİ BAŞ KOMANDANIN RƏSMİNİ GÖRƏRKƏN QƏLBİMDƏN BU KƏLMƏLƏR SÜZÜLDÜ.
ƏMR VER ALİ BAŞ KOMANDAN
Əmr ver Ali Baş Komandan, əmr ver, bitsin qoy göz yaşları. Artıq şəhid anası adını alan bir anada olmasın.
Əmr ver Ali Baş Komandan, əmr ver, Şəhidlərin rahat uyuması üçün əmr ver. Qız gəlinim əsirlikdən azad olması üçün əmr ver.
Məzarlarda uluların ziyarət edə bilməyən soydaşlarım üçün əmr ver.
Əmr ver Ali Baş Komandan, əmr ver, Şanlı Azərbaycan ordusunun qüdrətini dünyaya göstərməkçün əmr ver.
Tarix yazan oğulların qanlarıyla sulanan o torpaqları geri almaqüçün əmr ver.
Əmr ver Ali Baş Komandan, əmr ver, Aprel ayı 3 il ötdü bəs deyilmi? Şəhid Ruhu didərgindi.
Əmr ver əsgər Atası əmr ver, bu xalq sənə güvənibdir... Bu millətin güvənc yeri sən olmusan. Əmr ver ... Ver ki, günahsız körpələrin ahı yerdə qalmasın. Əmr ver ki, toysuz köçən cavanlarım qələbəni toyu bilsin.
Əmr ver əsgər atası, xalqın yenə səninlədir bircə kəlmə Qarabağa yol alırıq deməyinə Azərbaycan səninlədir.
Zəfər günü qələbəni yaşamaqçün,
əmr ver Ali Baş Komandan əmr ver !!!

ALMAZ İLAHƏ
TƏSİSÇİ

Oxunub: 542
Oxşar xəbərlər
SON XƏBƏRLƏR