dini radikalizm və ekstremizmlə mübarizə

BİZSİZ DÜNYAN NECƏDİR?

BİZSİZ DÜNYAN NECƏDİR?
Bu gün sənin şəhadətindən düz 3 il ötür. 3 il... yağışı, tufanı, qarı, istisi, yazı baharı ilə necə keçdi bilmədik. Ancaq hər günümüzdə sən varidin. Hər cəbhə xəbəri oxuyanda, televizyanın cəbhə xəbərini gözləyəndə. Əsir yurdun gül bitirməyən çöllərini gözümüzün önünə gətirəndə sənin siman gəlib gözümüzün önünə. Hər dəfə sənin yaşadığına inandırmaq istəmişik özümüzü.
Əslində yanlış da düşünməmişik. Çünki, şəhidlər əbədiyaşardırlar. Nə deyim, nə danışım bilmirəm. Sənin 3 ildir uzaq düşdüyün dünyada çox şey dəyişib. Ailəndə belə dəyişikliklər gedir. Bu gün sənin can dediyin Totu hamımızın canıdır. Səni görməyən bir uşağın belə dünyası sənsən.
Sənsiz dünyanı qəbul edə bilmərik. Görən sənin bizsiz dünyan necədir?
MƏKANIN CƏNNƏT OLSUN

Almaz İlahə
Təsisçi

Oxunub: 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR