dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD QARDAŞININ ÜRƏK PIÇILTISI

ŞƏHİD QARDAŞININ ÜRƏK PIÇILTISI
Düz 3 il bundan öncə sən evimizə sonuncu dəfə gəldin və sanki bilmişdin son gəlişin idi. Gəldin hər birimizlə görüşdün və son dəfə həsrətlə hər birimizin üzünə baxdın. Gözlərində heç zaman unutmayacağım yorğunluq və birazda kədər var idi. Hiss etdirmək istəməsəndə mən hiss etmişdim və kaş onda həmin anda sarılaydım boynuna qardaş buraxmazdım səni. Son günümə qədər peşmam olacam sənə bərk bərk sarılmadığıma görə. Heç kimə bildirməsəmdə qəlbimdə sənin həsrətinlə gəzirəm ağlımda sən yanımdasan deyə düşünüb xəyalınla danışıram. Heç kim görməsin deyə təkliyə çəkilib için için ağlayıram və hər saniyəmdə özümü sən gedən yollara qurban deyib səni Allahdan təkrar-təkrar istəyirəm. Bəlkə qayıdarsan deyə son dəfə getdiyin yollara baxa-baxa qalmışam. Amma baxmağım faydasızdı. Mən sənin son dəfə getdiyin yollara baxan zaman sən cənnətindən mənə baxırsan. Kaş sənin o son yolçuluğunda necəsə mane ola biləydim sənə. Kaş o son gündə doyunca gözlərinə baxa biləydim. Kaş bərk-bərk sarılaydım sənə. Kaşkilər o qədərdiki hansı birin deyim danışım bilmirəm. Bir onu bilirəmki məni həyatda yetim qoydun kimsəsiz qoydun Qardaş. Təkliydən sənsizlikdən çox bezmişəm. Mən gələcəm yanına sən gəlməsəndə. Tezliklə görüşmək ümidi ilə Mənim Milli Qəhramanım ƏbuBəkrim.

Almaz İlahə
Təsisçi

Oxunub: 608
Oxşar xəbərlər
SON XƏBƏRLƏR