dini radikalizm və ekstremizmlə mübarizə

Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Tarixlər, illər fərqli olsa da ardı arda gələn aylar Son vaxtlar Respublikamızın ərazi bütövlüyünü qoruyarkən şəhid olmuş və ya yaralanmış soydaşlarımızın mənalı ömür yolları haqqında sənədli film çəkilişi və xatirə kitablarının yazılması prosesi sürətlənib. Bu cür filmlərdən birinin çəkilişlərini “Saf Həyat Naminə Gənclər” ictimai birliyi öz öhdəsinə götürüb.
 
Versus.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən bu layihə “Bəs, sən onları tanıyırsan?” adlanır.
Təşkilatın sədri və layihə rəhbəri Dinara Bayramlı (Abbasova), filmin ssenari müəllifi və rejissoru Emil Lətifovdur. Artıq çəkilişlər başa çatıb, hazırda montaj prosesi gedir.
 
Birliyin sədri Dinara Bayramlının verdiyi məlumata görə, filmdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xocalı sakini Elman Məmmədov, Xocalıdan məcburi köçkünlər - şəhid Milli Qəhrəman Ə.Novruzovun ömür-gün yoldaşı Şəkibə xanım, övladları Vüsalə, Piyalə və Ülvi, Xocalı rayon Təhsil Şöbəsinin sabiq müdiri Murad Şükürov, eyni zamanda, məlum soyqırımın şahidlərindən biri olan jurnalist, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu müsahibə veriblər.
 

“Saf Həyat Naminə Gənclər” ictimai birliyinin sədri, idmanın akrobatika növü ilə peşəkar şəkildə məşğul olan Dinara Bayramlı ilə görüşdük. Onun 25 yaşı var. 2013-cü ildən bu Təşkilata rəhbərlik edir. Öncə isə bu Təşkilatın rəhbəri onun anası xanım Səbinə Abbasova olub.
Dinara Bayramlı akrobatika üzrə 12 qat Azərbaycan çempionudur. Onun ömür-gün yoldaşı Urfan Bayramlı və Urfanın qardaşı Cavidan isə idmanın basketbol növü ilə peşəkar şəkildə məşğul olurlar. Urfan həm də beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.
Bizimlə söhbət zamanı Dinara xanım bildirdi ki, ömür-gün yoldaşı və qaynı hazırda Səudiyyə Ərəbistanının Abu-dabi şəhərində "Special Olympic World Games" adlı beynəlxalq basketbol yarışında iştirak edirlər və hər ikisi birinci yerə layiq görülüblər.
 
D.Bayramlı daha sonra qeyd etdi ki, bu torpağın suyunu içib, çörəyini yeyən hər bir Azərbaycan vətəndaşı şəhid və qazilərə borcludur. Bu baxımdan, yaxın gələcəkdə bu tipli layihələrin icrası üçün daha çox çalışacaqlar.
Dinara Bayramlı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Ələsgər Novruzovun mənalı ömür yolu haqda çəkilən filmin təqdimatının martın sonunda keçiriləcəyi haqda anons verdi.
Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Oxunub: 869
Oxşar xəbərlər
SON XƏBƏRLƏR