dini radikalizm və ekstremizmlə mübarizə

Doğum gününüz mübarək, Şəfiqə xanım!

Doğum gününüz mübarək, Şəfiqə xanım!
Azərbaycan kinosunun tarixində, aktrisaların arasında sənətin zirvəsini fəth edən xanımlardan biri də odur. Onun oynadığı rolların hər biri örnək və nümunədir. "Bizim Cəbiş müəllim", "Ad günü", "Dədə Qorqud", "İstentaq" və eləcə də digər bədii filmlərdə yaratdığı obrazlar hələ uzun illər insanların yaddaşından silinməyəcək. Bəli, bu xanım sıradan bir aktrisa deyil, Azərbaycan kinosunun inkişafında misilsiz xidmətləri olan bir sənətkardır…

Haqqında söhbət açdığım Şəfiqə xanım Məmmədova Dərbənddə dünyaya gəlib. 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya aktyorluğu fakültəsini bitirib. Elə həmin il Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunub. 1980-ci ildə teatrdan uzaqlaşaraq bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1995-2000-ci illərdə Milli Məclisinun deputatı olub. 2012-ci ildə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.
1974-cü ildə əməkdar artist, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şərəf" ordeni ilə təltif olunub…

Yaşının elə bir dövrüdür ki, onu əzizləmək, ona sözlə sığal çəkmək, xidmətlərinin sevincini yaşatmaq insanlıq borcumuzdur. Qadının yaşını nə soruşarlar, nə də bilib deməzlər...
Martın 30-u Şəfiqə xanım Məmmədovanın doğum günüdür. Onu Hollevudun ən məşhur aktrisalarından biri Anjelina Colinin vətəni Amerika Birləşmiş Ştatlarından təbrik edir, Ona uzun ömür, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq.
Biz sizi sevirik, Şəfiqə xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxunub: 627
Oxşar xəbərlər
SON XƏBƏRLƏR