dini radikalizm və ekstremizmlə mübarizə

Prezident "Diqlas"da zərərçəkənlərlə kömək etmək üçün tapşırıq verdi

Prezident "Diqlas"da zərərçəkənlərlə kömək etmək üçün tapşırıq verdi
Prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkənlərlə bağlı tapşırıq verib.
Djb.az-ın Unikal.org-a istinadən məlumatına gorə,, bu barədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov mərkəzdə yanğından zərər çəkən icarədarların bu gün keçirilən görüşdə deyib.
Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyin Mövsümov bəyan edib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. O, ölkə başçısının salamlarını zərər çəkən şəxslərə də çatdırıb.
Hüseyin Mövsümov bildirib ki, ölkə başçısının xüsusi tapşırığı ilə, xüsusi komissiya yaradılacaq:
"Ümumilikdə 181 nəfərə "Diqlas" Ticarət Mərkəzində, 240 nəfər kənar yerlərdə çalışan işçilərə ziyan dəyib. Kimə ziyan dəyibsə dövlət başçısının tapşırığı ilə hər kəsə kompensasiya ödəniləcək. Hər kəsi bu işdə səbirli olmağa, təxribata uymamağa çağırırıq".

Oxunub: 553
Oxşar xəbərlər
SON XƏBƏRLƏR