» » SƏNSİZLİYİN 10 İLİ...

SƏNSİZLİYİN 10 İLİ...

  • 25-03-2019, 09:30
  • Gundem
  • 202
SƏNSİZLİYİN 10 İLİ...
Bir də yarımçıq qalmış bir ömör var..İlahənin ömrü kimi...Yarımçıq arzular, yarımçıq ümidlər...Həyata keçməyən, həm də arzularda buz kimi donmuş ümidlər...
Bəzən vaxtsız gedir insan...Gənc yaşda tərk edir Anasını, Atasını...Tərk edir bacı - qardaşını. Tərk edir...Həm də acımasızcasına, insafsızcasına tərk edir...İlahə kimi...
Bəlkə fələkdədir günah?? Bəlkə odur zalım?? Niyə axı...Niyə axı zalım fələk gənc bir qıza qıyır? Niyə axı belə acımasız???
Çətindir...Çətindir bir Ananın övladı haqqında fəryad qopan ürəyindən süzülüb gələn misraları oxumaq...Və bu misralara biganə qalmaq...
Əziz dostumuz Almaz xanım. Sizə səbir diləyirəm. Nə yazsaq da, nə desək də ağrınızı, acınızı yox edə bilmərik...Amma bir balaca təsəlli bəzən insanı yüngülləşdirir...
Allah rəhmət eləsin gül üzlü İlahə balanıza. Allah övladlarınızı qorusun. Allah bir daha Sizə sınıqlıq göstərməsin. Amin. İnşa Allah!

İlham Əliyev.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930