dini radikalizm və ekstremizmlə mübarizə

Kaliforniyada Novruz şənliyi

Kaliforniyada Novruz şənliyi
Kaliforniyanın San Dieqo şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə baş tutub.

Baş konsulluqdan Publika.az-a verilən məlumata görə, bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında ətraflı danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

K.Məmmədova, həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, milli mətbəxi haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbir tarzən Sahib Paşazadənin ifasında Azərbaycan musiqisindən nümunələr və Azərbaycan mətbəxinin ləziz təamlarının təqdim olunduğu ziyafətlə davam edib.

Oxunub: 617
Oxşar xəbərlər
SON XƏBƏRLƏR