dini radikalizm və ekstremizmlə mübarizə

Kür çayı üzərində körpü istifadəyə verilib

Kür çayı üzərində körpü istifadəyə verilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol infrastrukturu layihələri icra olunur, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün avtomobil yolları yenidən qurulur, qəzalı vəziyyətə düşmüş körpülər bərpa olunur və yeniləri inşa edilirərək əhalinin istifadəsinə verilir. Təbii ki, bu işlər ölkənin iqtisadi qüdrətinin bir göstəricisidir.

Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal körpünün əsaslı şəkildə bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

Bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik edərək, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məlumat verilib ki, 3 aşırımlı körpünün uzunluğu 335 metr, eni isə 11.5 metrdir. Körpünün hərəkət hissəsinin eni 7.5 metr, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.

1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur. Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılmışdır. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilmişdi.

Agentlik tərəfindən körpüdə geniş təmir-bərpa işləri həyata keçirilib. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də yanaşma plitələri yenidən inşa edilib.

Təmir-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Oxunub: 707
Oxşar xəbərlər
SON XƏBƏRLƏR