dini radikalizm və ekstremizmlə mübarizə

Şəkidə 22 yaşlı gənc itkin düşdü

Şəkidə 22 yaşlı gənc itkin düşdü
1997-ci il təvəllüdlü Şəki şəhər sakini Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, evdən çıxanda əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub. Boyu 160 sm, gözlərinin rəngi şabalıdıdır, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxunub: 554
Oxşar xəbərlər
SON XƏBƏRLƏR