» » Elşad Məmmədov, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır!

Elşad Məmmədov, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır!

Elşad Məmmədov, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır!
17 Mart - Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Elşad Məmmədov, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh Elşad Məmmədov, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır!

Elşad Məmmədov 14 fevral 1975 - ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990 - cı ildə burada məktəbi bitirmişdir. 1993 - cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 13 - 17 mart 1995 - ci il hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəlmişdir. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 04 aprel 1995 - ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.

Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.

Daşkəsən yolu üstündə büstü qoyulub.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031