» » 1995-ci ilin bu günü Şamil Ramazanov, şəhidlik zirvəsinə ucalmışdır!

1995-ci ilin bu günü Şamil Ramazanov, şəhidlik zirvəsinə ucalmışdır!

1995-ci ilin bu günü Şamil Ramazanov,  şəhidlik zirvəsinə ucalmışdır!
17 Mart - Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh Şamil Ramazanov, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır!

Şamil Ramazanov, 19 yanvar 1976 - cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983 - 1993 - cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994 - cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995 - ci il məlum 13 - 17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak olmuşdur. Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 04 aprel 1995 - ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031