dini radikalizm və ekstremizmlə mübarizə

MİRSAHİB AĞA EVDƏN DEYİL, ELDƏN GETDİ

MİRSAHİB AĞA  EVDƏN DEYİL, ELDƏN GETDİ
Yardımlı rayonunun Abbasabad kənd sakini Cənub bölgəsinin ziyalı din xadimi Salayev Mirsahib Mirxas oğlunun dünyasın dəyişməsi xəbərin eşitdim. Çox üzüldüm, onunla ilk dəfə yol-yoldaşı olmuşduq desəm nə qədər düz olar bilmirəm, eyni nəqliyyatda rayondan Bakıya gəlirdik. O sürücünün yanında qarşıda əyləşmişdi. Yol boyu çox maraqlı söhbətləri məni onu dinləməyə vadar etdi. Uzun yol olduğu üçün sürücü çay içmək üçün bir restoranın qarşısında saxladı. Məni xalaoğlumuz Məlik sürücü Rizvan qardaşa elə bərk-bərk tapşırmışdı ki, sanki dilini bilmədiyim başqa bir dövlətə yola salmışdı. Rizvan qardaş mənə üzünü tutaraq dedi:- gəlinbacı buyurun bu masada əyləşin bir çay için dedi, mən də zəhmət olmasa kəklikotulu dəmləsinlər dedim bu zaman rəhmətlik Mirsahib ağa mənə sarı baxdı. Rizvan gec olsada bizi bir- birimizə təqdim etdi, mənim kimlərin gəlini olduğumu dedikdə Ağa dedi özün kimlərdənsən bacım. Mən də Yardımlının Petinbel kəndindən olduğumu söylədim. Çox sevincək dedi:-Cəddinizə qurban bacı demək ki,Əhli beyt nəslindənsiz. Çay içərkən daha da yaxından tanış olduq. Sonra yolumuza davam etdik. Yol boyu onun nə qədər elmli, biliyli və savadlı olduğunun şahidi oldum.
Əlaqə nömrələrimizi bir birimizə təqdim etdik. Beləcə ilk görüşümüzdən Mirsahib qardaşla fəxr etdim. Hansı sahədən danışdıqsa o o sahədən cavab verdi. Elm və biliyin vəhdəti idi Mirsahib qardaş. Bir neçə ay sonra xalaoğlu Məlikdən xahiş etdim ki, həyat yoldaşımın il mərasimini aparmaq üçün Mirsahib ağanın gəlməsi üçün ona zəng etsin. Vaxt vədə çatdı və 26 sentyabr 2014 cü il tarix də təkrar görüşdük.
Gözəl kəlamları və söhbətləri ilə məclis əhlini heyran etmişdi. Bu bizim son görüşümüz oldu. Mirsahib qardaşı az görsəmdə yaddaşımda fəxr etdiyim bir el oğlum yaşadı. Əməlisaleh, gözəl insan. Əməlləri ilə hər kəsə örnək olacaq ağsaqqal. Allah sizə rəhmət etsin qardaş.
Mən öz adımdan və çalışdığım Djb.az (Dünya Jurnalistlər Birliyi xəbərlər və informasiya portalı)-nın kollektivi adından Salayev Mirsahib Mirxas oğlunun yaxınlarına, doğmalarlna, övladlarına ən başlıcası Yardımlılara dərin hüznlə başsağlığı verirəm. Çünkü Mirsahib qardaş bir evdən getmədi o, bir eldən getdi. O, tək bir evin ağsaqqalı deyildi o, bir elin, obanın ağsaqqalı idi. Allah sizə rəhmət etsin Mirsahib qardaş rəcab ayında , cümə günündə oruc olaraq dünyasını dəyişmək hər bəndəyə qismət olmur. Siz əməllərinizlə Allahın sevimlisi olduğunuzu, gedişinizlə insanlara bildirdiniz.
Almaz İlahə Əhmədova

MİRSAHİB AĞA  EVDƏN DEYİL, ELDƏN GETDİ
MİRSAHİB AĞA  EVDƏN DEYİL, ELDƏN GETDİ

Oxunub: 958
Oxşar xəbərlər
SON XƏBƏRLƏR