dini radikalizm və ekstremizmlə mübarizə

59 yaşın mübarək, a YAXŞI ADAM!

59 yaşın mübarək, a YAXŞI ADAM!

İnsan ömrü elə də uzun deyil. Onun 8 ilini uşağlıq dövrünə çıxanda, 10 ilini məktəblə bağlayanda, 2 ilini əsgəri xidmətə ayıranda, 5 ilini ali təhsil alanda bir də baxıb görürsən ki, artıq 25 yaşın var. Ondan sonra da başın işə, evə, ailəyə qarışır. Nə qədər böyük işlər görsən də YAXŞI ADAM ola bilmədinsə yaşanan ömür mənasız olur. Necə deyərlər, bir ömrü hədər yaşadın...
Bu baxımdan, Qalib Rəhimlinin bəxti gətirib, YAXŞI ADAM statusunu çoxdan haqq edib. Özü deməsə də, ordan-burdan xeyirxah əməlləri barədə xoş sözlər gəlib çatır. Dost yolunda fədakarlığını, vəfasını, təəssübkeşliyini də bunun üstünə artıranda qazancı hörmət və ehtiram olub.
Bəli, Qalib Rəhimliylə üz-üzə gələndə onu sıradan bir adam kimi qarşılamaq mümkün deyil...
Martın 10-da doğum günüdür. Bu münasibətlə onu təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Əziz dostum, Qlib Rəhimli, bilərəkdən təbrikimi çox uzatmadım, ən gözəl sözləri 60-a saxladım...
59 yaşın mübarək, a YAXŞI ADAM!

Elman Eldaroğlu

Oxunub: 872
Oxşar xəbərlər
SON XƏBƏRLƏR