dini radikalizm və ekstremizmlə mübarizə

Çox dəyərli və hörmətli Azərbaycan xanımları !

Çox dəyərli və hörmətli Azərbaycan xanımları !
Millət vəkili Aydın Mirzəzadə sosial hesabında 8 mart Beynəlxalq Qadınlar Günü Münasibətilə təbrik edib. Mətni olduğu kimi təqdim edirik:
Sizləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir və Sizlərə xoşbəxtlik, xoşbəxtlik və ancaq xoşbəxtlik arzulayıram.

Siz dünyanın ən zərif və eyni zamanda ən güclü insanlarısınız.Həmişə xalqımızın mənəvi zənginliyinin artmasına və cəmiyyətin daima yüksəlməsinə öz əvəzedilməz töhvənizi verirsiniz. Eyni zamanda hər bir kəs həyatının ən məsul dövründə həmişə sizləri yanında görür və sizlərdən güc alır.
Sizlər həm körpə məsum vaxtınızda, həm böyük vaxtınızda dünyanın bəzəyi olaraq ona rövnəq verirsiniz.

Sizlərlə fəxr edir və sizlərin daima üzünüzün gülməsi üçün özümüzü məsul hesab edirik.

Var olun, daima hamıya nümunə olmaqda davam edin.

Oxunub: 674
Oxşar xəbərlər
SON XƏBƏRLƏR