dini radikalizm və ekstremizmlə mübarizə

Xocalı şəhidləri Tatarıstanda anılıb

Xocalı şəhidləri Tatarıstanda anılıb

Tatarıstan Respublikasının Kazan şəhərində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilmişdir.
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf Kərimovun təşkil etdiyi mərasimdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra Sərraf Kərimov anım mərasimini açıq elan etmişdir.
Şəhidlərin ruhuna “Qurani-Kərim”dən surələr oxunmuşdur. Tədbirdə Kazan şəhərində yaşayan azərbaycanlı ziyalılar, iş adamları ilə yanaşı, tatar-rus millətindən olan nümayəndələr də iştirak etmişlər. Mərasim iştirakçılarına Xocalı faciəsi ilə bağlı rus dilində videoçarx təqdim olunmuşdur. Faciə haqqında iştirakçılara üç dildə geniş məlumatlar verilmişdir. Qeyd edək ki, S. Kərimov həm də Tatarıstanda diaspor rəhbəridir. O, Xocalı faciəsi ilə bağlı fikirlərini bildirmişdir: “Hər il fevral ayının 26-da Tatarıstan vilayətinin Kazan şəhərində bir çox millətlərin nümayəndələrinin iştirakı ilə “Xocalı günü”, “Xocalı faciəsi” adı altında tədbirlərimiz keçirilir. Bu il də adəti üzrə Kazan şəhərində “Rivyera” otelinin konfrans zalında müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə soyqırımı qurbanlarını yad etməyə toplaşmışıq.
Diaspor və lobbiçilik prinsipləri əsasında atdığımız hər addımımız Azərbaycan naminə olmalıdır. Əgər Ali Baş Komandanın əmri olarsa, biz hər birimiz o cəbhənin əsgəri olaraq torpaqlarımızın, Vətənimizin azadlığı uğrunda döyüşməyə hazır olmalıyıq və hazırıq da. Bunlarla yanaşı, biz həm də Vətənimizin, xalqımızın, millətimizin haqqını ölkə hüdudlarından kənarda da qorumalı və təbliğ etməliyik”.
Tədbirdə, həmçinin “Xocalının səsinə səs verək!” devizi altında geniş müzakirələr aparılmışdır. Xalq Qəzeti

Oxunub: 805
Oxşar xəbərlər
SON XƏBƏRLƏR