dini radikalizm və ekstremizmlə mübarizə

2 MART DJB.AZ VƏ ŞƏHİD ANALARININ SƏSİ TÜRKİYƏNİN ANKARA ŞƏHƏRİNDƏ

2 MART DJB.AZ VƏ ŞƏHİD ANALARININ SƏSİ TÜRKİYƏNİN ANKARA ŞƏHƏRİNDƏ
Əziz dostlar mart ayının 2-də Türkiyənin Ankara şəhərində DJB.az -ın Türkiyə üzrə Təmsilçisi İç Anadolu Birliyinin rəhbəri İsmət Taşın rəhbərliyi və təşkilatçılığı ilə " Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı" başlığı altında tədbir keçiriləcək.
Tədbirə ev sahibliyi
-Mamak Bələdiyəsi
- İç Anadolu Birliği
- Mamak Çorumlular Federayonu
- Dünya Jurnalistlər Birliği
- Azərbaycan Şəhit Analarinin Səsi olaraq
Almaz İlahə Əhmədovanın təmsilçisi onu əvəz edəcəkdir. Ankara şəhərində 5 ev sahibinin içərisində 2-nin Azərbaycanı təmsil etməsi qürurlu bir haldır. Hər zaman Dövlətimizi layiqincə təmsil etməyə çalışmışıq. İnanıram ki, dövlət səviyyəsində keçirilən bu tədbirdə də Azərbaycanı layiqincə təmsil edəcək və qardaş Türkiyədə 26 fevral Xocalı Soyqırımı zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, vəhşiliklərdən söz açılacaq və Djb.az-ın xüsusi müxbiri Samin Tağıyevin Xocalı Soyqırımı haqqında hazırladığı qısametirajlı video sujet izləniləcəkdir.
Artıq Türkiyənin istənilən şəhərində Djb.az öz təmsilçilərinin rəhbərliyi ilə Azərbaycan üçün əlamətdar olan günləri qeyd edəcəklər.
" Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı"
tədbirinin aparıcısı tanınmış yazıçı, şairə, Ankara Sanat Plotformunun rəhbəri Sultan Özateş olacaqdır.
Qanlı-qadalı günlərdə İşğal altında olan torpaqlarımızı azad etmək üçün köməyə gələn Türk qardaşlarımızın içində Prof. dr. Uğur Ulutürkdə var idi.
Uğur Ukuturk 2 -mart 2019- cu il Erməni vandalları haqqında "Erməni Xəncəri" başlığılı mövzu ilə çıxış edəcəkdir.
Dr. Sinan Demirtürk də Xocalı soyqırımı haqqda iştirakçılara məlumat verəcəklər.
Tədbirdə iştirak etmək istəyən dostlarımız bizlərə qatıla bilərlər.

Almaz İlahə Əhmədova

Oxunub: 942
Oxşar xəbərlər
SON XƏBƏRLƏR