dini radikalizm və ekstremizmlə mübarizə

BİZ SƏNƏ QAYIDACAĞIQ

BİZ SƏNƏ QAYIDACAĞIQ

Bütün dərdlərimizin başı Xocalıdır. Xocalı!!!
Yaralı Xocalı, qanlı Xocalı, başı bəlalı Xocalı, axı sən kimə neynəmişdin? Axı sənin günahın nə idi? Axı qundaqda yandırılan körpələrinin, ana bətnində xəncərlə doğranan körpələrinin günahı nə idi?! O gecə qar-borana tuş gəlib yollarını azıb, qarda-çovğunda düşmənə əsir düşən dinc sakinlərinin günahı nə idi, Xocalı?! Gör neçə ildir ki, səndə doğma sakinlərin gecələmir! Gör neçə ildir ki, yağı tapdağındasan! Gör neçə ildir ki, dərdlərini söyləyəcək bircə doğma balan da yoxdur yanında!
Xocalı, ay Xocalı, məni eşidirsənmi? Nə olar, danış mənimlə. Nə olar mən də dinləməyim səni. Danış, nə olar, danış! Bu illər ərzində düşmən səni çoxmu tapdadı?! Çoxmu əzdi?! Bu illər ərzində düşmən sənə nələr dedi? Yoxsa dedi ki, bir də buralara Türk ayağı dəyməyəcək? Yoxsa dedi ki, sən bir də qoynunda Türk balaları bəsləyə bilməyəcəksən? Danış, Xocalı, danış!!! Susursan!!! Bilirəm, danışmağa nə taqətin qalmayıb, nə də dilin söz tutmur. Taqətinə qurban olum, Xocalı. Dilinin qadasın alım, Xocalı. Dillən! Danış! Ədalət istə! Ədalət!
Xocalı, vallah biz səni unutmadıq! Vallah nə də sinənə çəkilən çalın-çarpaz dağları unutmadıq! Unutmadıq, Xocalı! Allah heç kimi əlacsız etməsin. Biz əlacsızıq! Əlacsız! Dünya birliyi bu ədalətsizliyə, bu gensidə kor kimi göz yumur!
Xocalı, bilirəm, çox küsmüsən bizdən. Bircə kəlmə də olsun danışmadın. Küsmə qurbanın olum,Xocalı! Küsmə! Biz sənə qayıdacağıq! Mütləq qayıdacağıq!!!

Sənin həsrətinlə yaşayan: Səbinə YUSİF

Oxunub: 772
Oxşar xəbərlər
SON XƏBƏRLƏR