dini radikalizm və ekstremizmlə mübarizə

2017 - ci ildə Azərbaycan - Ermənistan təmas xəttində Xocavənd rayonunda ermənilərin təxribatının qarşısını alan zaman şəhidlik zirvəsinə ucalmışdır!

2017 - ci ildə Azərbaycan - Ermənistan təmas xəttində Xocavənd rayonunda ermənilərin təxribatının qarşısını alan zaman şəhidlik zirvəsinə ucalmışdır!
25 Fevral - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilmiş Zakir Cəfərov, 2017 - ci ildə Azərbaycan - Ermənistan təmas xəttində Xocavənd rayonunda ermənilərin təxribatının qarşısını alan zaman şəhidlik zirvəsinə ucalmışdır! Zakir Nazim Cəfərov 03 may 1996 - cı ildə Bakı şəhərində anadan olmuşdur. Zakir Cəfərov 2011 - 2015 - ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil almışdır. Əsgər Zakir Cəfərov 2017 - ci ildə, 24 - 25 Fevral döyüşləri zamanı şəhid olmuşdur. 27 fevralda onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. 28 fevralında isə Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilmişdir. Bir zamanlar anan səni dünyaya gətirəndə sənin üçün ən gözəl arzular, xəyallar qurdu. Hər şeyin ən gözəlini sənə yaraşdırdı. Amma bilmədi ki, onun yaraşdırmadığı ölüm özünü sənə yaraşdıracaq.

Ruhun şad olsun şəhidim.

Almaz İlahə

2017 - ci ildə Azərbaycan - Ermənistan təmas xəttində Xocavənd rayonunda ermənilərin təxribatının qarşısını alan zaman şəhidlik zirvəsinə ucalmışdır!

Oxunub: 762
Oxşar xəbərlər
SON XƏBƏRLƏR