dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirildi

Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirildi

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin,Mingəçevir Gənclər Evinin,"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi çərçivəsində ( Layihə çərçivəsində 19-cu tədbir ) Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş “Faciələrin qəhrəmanlıq simvolu kimi təqdim olunması labüddür” mövzusunda, Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin və Mingəçevir şəhər Texniki Humanitar liseyinin şagirdləri arasında Debat keçirildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan danışdı və mövzunun Xocalı Faciəsinə həsr olunmasının önəminə toxundu.

Tədbirin gedişində çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi.

Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə forumda iştirak edəcək bütün gənclərə uğurlar arzuladı.Forumun final mərhələsinin vaxtını elan etdi.



Qeyd edək ki,layihə 10 dekabr 2018-ci - 10 mart 2019-cu illəri əhatə edəcək.
1-ci ay məktəblərdə görüşlər keçirilib..
2-ci ay komandalar foruma hazırlaşacaq
3-cü ay Debat Forumu həyata keçiriləcək.

#AzGF #GenclerFondu #XIQrant #MingecevirGenclerEvi #dvc #azdebate#natiqlik #GGGIB #MMDL #JusticeForKhojaly #Khojaly27
Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirildi
Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirildi
Mingəçevirdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirildi

Oxunub: 949
Oxşar xəbərlər
SON XƏBƏRLƏR