dini radikalizm və ekstremizmlə mübarizə

TURAN SEVDALISININ DOĞUM GÜNÜ XALQ TV- DƏ QEYD OLUNDU

TURAN SEVDALISININ DOĞUM GÜNÜ XALQ TV- DƏ QEYD OLUNDU
Dəyərli dostlar bu gün çox sevdiyim dəyərli söz ustası Aybəniz Qaragilənin doğum günüdür.
Aybəniz xanımı şad günü münasibəti ilə səmimi qəlbdən təbril edirəm. Ona can sağlığı, uzun ömür, işlərində və yaradıcılığında müvəffəqiyyətlər arzulayırıq.
Aybəniz xanıma özəl günün özəlliyini və gözəlliyini yaşadan Hacı Azadə xanıma Djb.az xəbərlər və informasiya portalının kollektivi adından öz dərin təşəkkürümü bildirirəm.
O, hər zaman qələm dostlarına qarşı diqqətlidir. Onun atdığı bu addım təqdirə layiqdir. Bir insanın qəlbini sevindirmək onun simasıma təbəssüm bəxş etmək ən böyük ibadətdir.
Hacı Azadə xanımın atdığı addımı hər kəs bacarmır.
Aybəniz xanım Azadə xanımın təşkilatçılığı ilə hazırladığı gözəl gündə yaşadığı xoşbəxtlik hisslərindən təsirlənərək sosial şəbəkədə öz fikirlərini yazaraq dostları ilə paylaşmışdı.
O, deyir:- Əziz dostlar bu gün doğum günüm olduğu üçün Xalq tv-nin qonağı oldum."Sazın, sözün Butası" verilişinə dəvətinə görə dəyərli Azadə xanıma və tv-nin rəhbərliyinə, əməkdaşlarına təşəkkür edirəm. Bu gün həyatıma elə gözəl bir gün kimi yazıldı ki, bunu sözlə ifadə edə bilmirəm.
30 illik dostları-ədəbiyyatımızın anası, naxışı, butası Səadət Butanı, onun bacısı canımdan çox sevdiyim Səringül İsmayılovanı və məni bir araya gətirib, doğum günümüzü şair və sənətçilərlə rəngarəng edən, böyük bir həsrəti qovuşduran Azadə Taleh Abbasa çox-çox təşəkkür edirəm.Bu görüşü təşkil etdiyiniz üçün nə qədər sizə minnətdar olsam belə azdı, Azadə xanım, xeyirxah mələk. Bu xoşbəxtliyi mənə doğmalarım belə yaşatmamışdı....Var olun!

TURAN SEVDALISININ DOĞUM GÜNÜ XALQ TV- DƏ QEYD OLUNDU

Oxunub: 774
Oxşar xəbərlər
SON XƏBƏRLƏR