dini radikalizm və ekstremizmlə mübarizə

21 YAŞ...ÖMRÜNÜN 21 - Cİ BAHARINI YAŞAYAN QÜRURUM, VARLIĞIM, HƏYATIM, VARIM - DÖVLƏTİM OĞLUM...HƏYATDA GÜVƏN YERİM CANIM MUSAM...

21 YAŞ...ÖMRÜNÜN 21 - Cİ BAHARINI YAŞAYAN QÜRURUM, VARLIĞIM, HƏYATIM, VARIM - DÖVLƏTİM OĞLUM...HƏYATDA GÜVƏN YERİM CANIM MUSAM...

Atam balası, dünyalar qədər sevdiyim, həyatımdan da əziz olan balam Musa...Bir dünya sevinc verdin bizə dünyaya gəlişinlə. Atamın adını daşıdın. Oğul Atası etdin məni. Sən mənim Allahdan oğul payım. Çox şükürlər olsun ki, Sənin kimi ağıllı, savadlı, intellektual biliyə malik, hazırcavab, şən və pozitiv bir oğula sahibəm.
Qürurum oğlum. Bu gün Sənin şad günün, doğum günündür. Artıq bir yaş da olqunlaşdın, bir yaş da müdrikliyə doğru addım atdın.
Sən bacın Zeynəbin arxa, dayağı, Ananın qürur yeri oldun. Allah Səni qorusun.
Artıq aylar qalıb əsgər olub, vətənin qulluğunda durmağına. İnşa Allah əsgər Atası olacaq, Səninlə bir daha fəxr edəcəyəm. Fəxr edəcəyəm ki, oğlum vətən borcunu ləyaqətlə, şərəflə yerinə yetirəcəkdir. Fəxr edəcəyəm ki, elə bir oğul böyütmüşəm ki, nankor, azğın düşməni yerində oturtmağı bacarır. İnşa Allah...
Bir də, bir də bir arzum var bəy Atası olmaq istəyirəm. Zamanla baba olmaq istəyirəm. O qədər arzum var ki...Nəvəmin balaca əllərindən tutub gəzdirmək, sevmək istəyirəm onu...Allahım nəsib et bu arzuları mənə...Allahım hamının övladına toy - büsat qismət elə, inşa Allah...
Hər zaman ailəmizdə biz tərəfdən böyüklərə - nənə, babaya hörmət gördün. Ümidvaram və əminəm ki, Sən də gələcəkdə bu ənənəni qoruyub saxlayacaqsan. Bir Ata kimi Səndən çox razįyam. Allah da Səndən razı olsun.
Yaşadığın bu həyatı mənalı, sağlam, namuslu və qeyrətlə yaşa. Qoy bu yeni yaşın Sənə bol - bol uğurlar gətirsin. İnsan həyatda bütųn çətinliklərin öhdəsindən səbirlə, təmkinlə gəlir. Sənə də səbir, təmkin arzu edirəm.
Ürəyində tutduğun bütün arzularına çatmaq diləyi ilə doğum günün mübarək olsun!
Dərin hörmətlə, dost bildiyin Atan İlham Əliyev.
P. S. Bizdə Djb.az -ın kollektivi olaraq Musa Əliyevi təbrik edirik. Ona can sağlığı uzun ömür. Gələcəkdə həyat yaradıcılığında uğurlar diləyirik.

Oxunub: 930
Oxşar xəbərlər
SON XƏBƏRLƏR