dini radikalizm və ekstremizmlə mübarizə

BİR TƏK SƏN BİLƏRSƏN , SƏN KİMSƏN?

BİR TƏK SƏN BİLƏRSƏN , SƏN KİMSƏN?
İctimai xadim olmaq asan deyil. Səni hər kəs tanır. Kimi əl çatmaz bilər, kimisi özündən razı bilər, kimisi möhtəşəm. Fərqli fikirlər olar . Bir tək sən özün bilərsən sən kimsən.
İctima xadim olan qadınların həyat yolu çox keşməkeşli olar. Bəzən kiməsə çox şən görünərsən yalançı təbəssüm hətta qəh-qəhəyə bənzər gülüşündə ola bilər. Amma içinin qan ağladığın bir tək özün bilərsən. Yazıb yaradan qadınlar, gündəmdə olan xanımların həyatı hər kəsə yağ-bal kimi görünər. Amma bir tək o həyatı yaşayan qadın bilər ki, bəzən bal belə insanın nəfəsini kəsəcək dərəcədə təhlükəli ola bilir. Məndə yaradıcı insan olduğum üçün ictimaiyyətin hər üzün gördüm o da insanlar kimi amansızdır, çünkü onuda fərqli amala xidmət edən insanlar yürüdür.
Sevinc Tofiqqızını illərlə tanısamda ilk səmimi görüşümüz çox müqəddəs bir məkanda başladı Məşhəd görüşündə İmam Rzanı ziyarət edirdik qarşılaşdıq illərin dostu kimi sarıldıq bir birimizə. O gündən daha çox yaradıcılığın izlədim. Yaratdığı hər bir əsər VƏTƏN DEYƏ HAYQIRDI...Yazdığı hər bir cümlə düşmənə intiqamdan bəs etdi. Hər bir Vətənpərvər insan mənim doğmadır. Bu gün ad günündür Sevinc xanım. Gülüş çöhrənizdən əskik olmasın. Xoşbəxt olun, yazın yaradın Azərbaycanımızı, şəhidlərimizi yaşatmaq üçün əlinizdən gələni əsirgəməyin.

Almaz İlahə

Oxunub: 968
Oxşar xəbərlər
SON XƏBƏRLƏR