dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda yeni layihə təqdimatı keçirilib

Biləsuvarda yeni   layihə təqdimatı keçirilib
Bu gün Biləsuvar rayon Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin qalib olduğu "Sosial Müdafiə Akademiyası" layihəsinin təqdimatı keçirildi.
Layihənin təqdimat mərasimində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon Təhsil şöbəsinin nümayəndəsi Elsevər Məmmədov, DSMF Biləsuvar rayon şöbəsinin nümayəndəsi Vüsal Cəbrayılov, Biləsuvar Peşə liseyinin şagirdləri eləcə də, sosial müdafiəyə ehtiyacı olan gənclər iştirak edib.
Layihənin əsas hədəfləri barədə bildirilib ki, “Sosial Müdafiə Akademiyası” layihəsi Azərbaycan Respublikasının «Əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sоsial müdafiəsi haqqında» qanunun icrası məqsədilə Biləsuvar və Salyan rayonlarında fiziki məhdudiyyətli uşaq, yeniyetmə və gənclər, eyni zamanda əmək qabiliyyəti yaşına çatmış əhali qrupu arasında peşə hazırlığı, təhsillə bağlı müxtəlif təşəbbüslərin stimullaşdırılması, onların reablitasiyası, işə düzəlmə, sosial müavinətlərdən asılılığı azaldan və müstəqilliyi təşviq edən tədbirlərin həyata keçirilməsinə xidmət edəcəkdir.
Layihə çərçivəsində Salyan və Biləsuvar rayonlarında xüsusi qayğıya ehtiyacı olan şəxlərin təhsili, peşə hazırlığının artırılması, onların potensiallarının üzə çıxarılması və sosial müdafiəsi üçün geniş tədbirlər planı həyata keçiriləcək.
Daha sonra monitor vasitəsilə gənclərə foto-slaydlar nümayiş etdirilib, layihə təlimçisi Bəhruz Nəbili layihə barədə daha dolğun məlumat verib.

E.Hüseynli
Biləsuvarda yeni   layihə təqdimatı keçirilib
Biləsuvarda yeni   layihə təqdimatı keçirilib
Biləsuvarda yeni   layihə təqdimatı keçirilib
Biləsuvarda yeni   layihə təqdimatı keçirilib
Biləsuvarda yeni   layihə təqdimatı keçirilib
Biləsuvarda yeni   layihə təqdimatı keçirilib

Oxunub: 909
Oxşar xəbərlər
SON XƏBƏRLƏR