dini radikalizm və ekstremizmlə mübarizə

KAZANDA 20 YANVAR FACIƏSININ QURBANLARI YAD EDILIB

KAZANDA 20 YANVAR FACIƏSININ QURBANLARI YAD EDILIB

Kazanda 20 Yanvar faciəsinin qurbanları yad edilib
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Kazan şəhərində 1990-cı il qanlı 20 Yanvar fəciəsində dünyasını dəyişmiş səhidlərimizin xatirəsini anım günü ilə bağlı tədbir keçirib. Bu barədə BDAT-ın prezidenti Sərraf Kərimov məlumat verib.
S. Kərimov bildirib ki, anım mərasimində Kazanda yaşayan azərbaycanlı ziyalılar, alımlər , içtimai xadimlər , iş adamları və tələbələr iştirak ediblər.
Mərasim Azərbaycan himninin səsləndirilməsi ilə başlanıb. Həmin gecə həyatlarını azadlıq, müstəqillik, suverenlik uğrunda qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların ruhlarına Qurani Kərimdən yasin surəsi və dualar oxunub.
Sonra 20 Yanvar faciəsi ilə bağlı geniş söhbətlər və müzakirələr başlayıb. Həmin faciəni öz gözləri ilə görən və sözü gedən qətliamın canlı şahidləri olan tədbir iştirakçılarına həmin gecə və ondan sonrakı günlər barədə geniş məlumat verilib. Azərbaycan xalqının qanına susamış sovet qoşunlarının silahsız , heç bir təhlükə yaratmayan dinc əhalini amansızcasına qətlə yetirdiklərindən danışılıb.
Qeyd edilib ki, həmin gecə tarixə qürur günümüz, fəxarət anımız kimi həkk olunub. Müstəqillik yolunda axıdılan qanlar yerdə qalmaz. Qalmadı da. Həyatlar çiliklənsə də, arzular gerçəkləşdi. Azərbaycan sovet boyunduruğundan xilas oldu və müstəqillik qazandı. Müstəqillik və azadlıq yolunda axıdılan qan müqəddəsdir. Çünki bu, şəhid qanıdır. Şəhidlər isə ən ali hörmətə layiqdırlər və Azərbaycan xalqı bütün həyatları boyu bu qəhrəmanlığı unutmayacaq.
KAZANDA 20 YANVAR FACIƏSININ QURBANLARI YAD EDILIB
KAZANDA 20 YANVAR FACIƏSININ QURBANLARI YAD EDILIB

Oxunub: 1 855
Oxşar xəbərlər
SON XƏBƏRLƏR