dini radikalizm və ekstremizmlə mübarizə

DJB.AZ-in baş redaktoru Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisinin qonağı oldu

Djb az saytı olaraq və Yeni Həyat humanitar yardım ve sosyal dayaq ib.nin sədri Nailə İsmayılova ilə bu gün Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisi Xanım Ufuq Turganəri ziyarət etdik. Hər zamanki səmimiyyəti və gülərüzü ilə bizi qarşılayan Ufuq xanımın bizə ayırdığı vaxt çərçivəsində 2018 ci ili medya yenilikləri sosyal medya, saytlarda və jurnallarda yer alan ictimai mədəni xəbərlər seminarlar və.s eyni zamanda yeni başlayan 2019 cu ilin yeni medya planları haqqında söhbet etdik. Bunun yanı sıra Yeni həyat ic.nin sədri ekspert Nailə xanımla ictimai birliyin bu ilə qədər Bakı şəhərində və digər bölgələrdə gördükləri işlərlə bağlı həmsöhbət oldu. Nailə xanım bu günə kimi təşkil etdiyi layihələrin mövzuları, nəticələri inkişaf və əksik tərəfləri barədə Ufuq xanıma məlumat verdikdən sonra Şimali Kiprdə qadınların sosyal, iqtisadi, hüquqi vəziyyətləri barədə maraqlandı. Ətraflə və qarşılıqlı məlumatlardan sonra Djb az və Yeni həyat olaraq ilk baharın gəlişi ilə bağlı Şimali Kiprə səfər etmək niyyətimizi səfir Ufuq xanıma bildirdiyimizdə bu fikrə çox sevindi və təqdirəlayiq qarşıladı. Əmiməm ki, bu səfər baş tutarsa, hər iki ölkənin qadın dərnəkləri əl ələ verərək, ortaya səmərəli və topluma faydalı işlər çıxaracaqdır dedi. Xoş bir söhbətin və türk qəhvəsi ikramının ardından Ufuq xanımla yenidən görüşmək ümidi ilə sağollaşdıq.

Məleykə Aslanzadə
Baş redaktor

DJB.AZ-in baş redaktoru Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisinin qonağı oldu
DJB.AZ-in baş redaktoru Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisinin qonağı oldu
DJB.AZ-in baş redaktoru Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisinin qonağı oldu

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR