dini radikalizm və ekstremizmlə mübarizə

TÜRK İŞ ADAMLARININ CİBİNƏ GÖZ DİKƏN QADINLARIN NƏZƏRİNƏ

TÜRK İŞ ADAMLARININ CİBİNƏ GÖZ DİKƏN QADINLARIN NƏZƏRİNƏ
Əziz xanım dostlarım və həmkarlarım.
Bu gün toxunacağım mövzu məhz xanımlara aiddir.
İnanın mövzuya necə başlayacağımı bilmirəm. Düşünməyin nə yazacağımı, necə yazacağımı bilmirəm əsla, sadəcə necə yazım ki, bəziləri oxuduqda utanc yerimiz olduqlarını bilsinlər.
Xülasə dərdimiz böyükdür, deyiləsi də deyil. Amma mən məcbur qalaraq bunu sosial şəbəkədə yazmalı oldum.
Sosial şəbəkədə işlə bağlı olan insanlar haqqında heç bir zaman mənfi fikirdə olmadım. Baxmayaraq ki, sosial şəbəkədən fərqli məqsədlərlə istifadə edənlərin olduğunuda bilirik. Kimi burda tanışlığ, kimisi varlı qadın, kimisidə varlı kişi axtarır.
Amma burada işini görən insanlar saysız hesabsızdır bu da danılmazdır. Son illər kitab və qəzetlərin oxunması çox azalıb. XXI əsr texnika və texnoloğiya dövrü artıq İnfarmasiyaları elektron olaraq insanların nəzərinə çatdırılır. Yazarlar öz əsərlərini, şerlərini sosial şəbəkədə paylaşaraq oxucu kütləsi toplayır. Məhz mənimdə işim xəbərlər olduğu üçün sosial şəbəkədə olmaq məcburiyyətindəyəm.
Bilirsiniz ki, artıq bir neçə aydır ki, mütəmadi olaraq türkiyəyə işlə bağlı gəlib getməli oluram.
Biz iki dövlət olsaq da bir millətik. 70 il rus imperiyasının əsarətindən sonra ilk türkiyə dövləti öz qardaşlığın göstərərək bizə dəstəy oldu. Artıq hər bir sahədə Türkiyə ilə işlər aparılır, bu sevindirici haldır. Hətta son illər aryıq qohumluq münasibətləri də yetərincə artıb, bu sevindirici bir durumdur.
Amma çox təssüf ki, bu gün iş xanımları kimi görünən bir çox qadınlar bizlərin adına ləkə gətirirlər.
İllərlədir ki,sosial şəbəkədəyəm işlə bağlı çox insanlarla dostluq münasibəti qurmuşam. Amma hər bir atdığım addımda yanlışlığ olmaması üçün, Azərbayca qadını adına nöqsan gətirməmək üçün, içdiyim suyu belə üfürərək içmişəm.
Bir neçə ayda çox yaxın olan türk iş xanımlarından və bəylərindən eşitdiklərim məni şoka salıb. İlk öncə öz eyibimizdir deyə yazmaq istəmədim. Amma türkiyə iş adamlarının bir-biri ilə sıx bağlılığı bizin nöqsanımız olan o qadınlar haqqında bir birilərini məlumatlandırmaq məcburiyyətində qoyur.İlk belə qadınlar haqqında mənə dəyərli bir xanım məlumat verdi. Bu xəbərlərin nə kimi doğru olub ya olmaması haqqda sorduqda dedi. Almaz xanım Azərbaycan bizim qardaş ölkədir gələn hər bir qadına biz sayqı duyarıq. Əlimizdən gələn qonaqpərvərliyi göstərərik. Amma başqa yolda olanıda bir neçə günə tanıyarıq. Çünkü zəncirvari bir birimizlə bağlıyıq. Heç bir qardaş, həyat yoldaşı xanımının yanında düz yolda olmayan qadınə görmək istəməz. Beləcə hər kəsi ələkdən keçirərək kim olduğunu araşdırırlar.
Mən çox düşündükdən sonra onlara bir xəbərdarlıq etməyi özümə borc bilərək bu gün bu yazını nəzərinizə çatdırıram.
1.Özünü QHT rəhbəri kimi qələmə verən qadın...
Heç utanmadınmı salam verdiyin sosial şəbəkədə tanıdığın kişidən pul istəməyə?
Əgər siz bir tədbir edirsinizsə və buna maliyyəniz yetmirsə onu etməyin. Dövlətdən aldığınız qrantlar yetmirsə kənar durun., yox təkidlə bir iş görmək istəyirsinizsə yenə də azərbaycanda qeyrətli qardaşlarımıza müraciət edin. Bizim kişilərin başın yerə soxmayın.
2. Özünə jurnalist deyən qadın, təşkilatçı kimi özünü göstərən xanım siz hansısa uşaq evinə yardım aparmaq istəyirsinizsə ilk öncə çalışın bunu öz çevrənizlə edin Türkiyədəki kişilərə pul
dağarcığı kimi baxmayın... Ayıbdır 200 azn sizin yaranıza məlhəmmi olacaqdı? Utanın!
Başqa bir jurnalist tədbirdə iştirak edib özünü küsən kimi göstərərək hər kəsi yola salaraq ev yəsinidə günahkar çıxararaq sonda ilk gün tanıdığı insanla otelə gedir. Hələ üstəlik cibinidə soyur. O iş adamıda sosial şəbəkədə o qadının dostluğunda olan türk kişilərinə məlumat verir. Ölün yerə girin bu nə biyabırçılıqdır. Bu biabırçılığlarınızı yazıram hər birinizin kim olduğunuda bilirəm, elə bilməyin atdığınız addımdan heç kimin xəbəri yoxdur.
Bu yazını dostluğumda olan 5000 insan oxuyacaq və bunların içində sizdə varsız təklif etdiyiniz insanlarda.
Estetik əməliyyatlarınız üçün türk kişilərindən pul dilənənə kimi türkiyədə uşaq baxıcısı, xəstə baxıcısı işləri var yaxşıda əmək haqqı verirlər. Gəlin işləyin halal pulunuzla nə edirsinizsə edin. Azərbaycan qadınlarının adına ləkə olmayın. Düzdür artıq siz həm cəmiyyətimizə həm adımıza ləkə olmusunuz.
Çox yaxından tanıdığım bir həmkarımın ailəli olduğunu bilirəm. Türkiyədən onun üçün evlənməyə gələn insan tanıdım. Ay başınıza dönüm bəzi kişilərimiz dinimizdə bir neçə nigahs şəriyyət yol verir deyib kəbinlə bir başqa qadınla evlənmələrin eşitmişdim. Amma cəmiyyətdə hər kəsə evli obrazı oynayan, yada evli olanın əri ola-ola təkrar ərə gedəcəyinidə azərbaycanlı qadın haqqında öyrəndim. Bu nə biyabırçılıqdır, bu nə əxlaqsızlıqdır. Biriniz tədbirinizi keçirməyə pul istəyirsiniz, biriniz işinizə şərik axtarırsınız, biriniz tanımadığınız insanla oteldə gecələyirsiz, biriniz estetik əməliyyat pulu dilənirsiz və s... Hələ üstəlik qısqanclığ krizinə girərək mənim yazılarıma fikir söyləməyi qadağa qoyursunuz.
Ay yazıqlar olsun sizə. İlk öncə sizlərin nəzərinə çatdırım ki, sizin rəsmlərin şərh bölümünə gözəlsiniz, günəş kimi işıq saçırsız, aya deyirsən sən çıxma mən çıxım kimi sözlərə siz acsınız. Kimliyindən asılı olmayaraq heç kim mənim rəsmimə o sözləri yaza bilməz yazana ilk dəfə xəbərdar edilir, təkrar olarsa blok edilərək dostluqdan kənarlaşdırılır.
Özünə hörmət edən qadın buna yol verməməlidir. Sizə tərifi qoy həyat yoldaşınız desin, cəhənnəmə qoy sevgiliniz desin. Onsuz da avropalaşaraq pozğunlaşmanı gətirmişik azərbaycana. Amma siz qəbul edirsinizsə bu sizin şəxsi işinizdir.
Qoy tərifləsinlər sizi, bayağı sözlərlə yalan dolanla torlarına salsınlar.
Amma azərbaycan qadını adına az ləkə gətirin. Sizin üçün həyat yoldaşlarınız önəmli olmaya bilər, ana adınızdan utanın, boyu boyunuzla bərabər olan oğlunudan utanın, qız analarısız qızınıza ləkə olan adınızdan utanın.
Mən sizlərə görə çox utandım çoxxxxx. Hər birinizi cəmiyyətdə normal qadın kimi tanıyırdım. Hər birinizi xeyriyyəçi, bilməm məşədi xanım, hacı xanım kimi tanıyırdım. O adlar sizlərə qənim olsun. Azərbaycanda dilənməyə kişi tapmadımızmı???
Nə qələt edirsinizsə Azərbaycanda edin. Axı hamınız da ailəlisiniz. Yaxşı tək olan alçağın adı təkdir. Axı sizləri nümunəvi qadın kimi tanıyırlar. Düşünməyin ki, kim hardan biləcək. Yoxsa düşündünüzki Türkiyədə kimdi məni tanıyan, hardan biləcəklər. Bax belə düşünməkdə yanılmısınız dostumun da dostu var misalı.
Allah bir bəndənin eyibini açmırsa mən bəndənin ixtiyarı yoxdu açıqlamağa.
Mən bu sirləri bildim çox üstü örtülü yazdım. İstanbul, Ankara, Qaziyentepe, Anadolu, İzmir, Antalya və s...şəhərlərlə bağlı.
Məndən sizin hər birinizi soruşduqda o qədər yüksək fikirlə sizləri təqdim etmişdim ki, dinlədikdən sonra utandığımdan bir daha başımı qaldırıb o insanların üzünə baxmadım. Allah sizləri bildiyi kimi cəzalandırsın.
Bizim qeyrətli oğullarımızın başını yerə soxduğunuz üçün Allah sizlərində beləcə iç üzünüzü açaraq tanıdır.
PS. Bir açıqlama da nəzərinizə çatdırım hansı şəhərdə oldumsa görüşdüyüm iş insanlarının yanına özüm tanışlıq axtararaq getmədim. Mən qardaşlarımın tapşırığı ilə görüşdüm şükür ki hər kəsdə ayaq üstə qarşılayaraq qapıya kimi yola saldılar.
Mən Azərbaycan kişilərinin utanc yeri olmadım.
Amma Azərbaycanın adına ləkə gətirən iş qadını olan, ictimai xadim kimi tanınan qadınlar haqqında yazılı olaraq faktlarla dövlət rəhbətliyinə məktub ünvanlandığınıda nəzərinizə çatdırım.
Ümid edirəm ki, bundan sonrakı addımlarınızı atarkən diqqətli olacaqsınız.

ALMAZ İLAHƏ

Oxunub: 1 106
Oxşar xəbərlər
SON XƏBƏRLƏR