dini radikalizm və ekstremizmlə mübarizə

FİZULİ MƏMMƏDOVUN COMƏRDLİYİ

FİZULİ  MƏMMƏDOVUN COMƏRDLİYİ
Aylar öncə istefada olan polkovnik leytinantı Elyaz Mirzəyevin sağlamlığında olan problem haqqında djb.az xəbərlər və informasiya portalında kiçik bir yazıda mən də öz fikirlərimi bildirmişdim.
Elyar Mirzəyevin 27-il vətəni Azərbaycana namusla xidmət etməsindən söz açmışdım.( 1990-2016) 18-il cəbhə bölgəsində Ağdamdan Murova kimi elə bir səngər yoxdu ki, onun ayağının izi dəyməsin.
Xərçəng xəstəliyindən əziyyət çəkən ölümlə əlbəyaxa olan zabitimizə Vətənpərvər insanlardan yardım istəmişdik .
Onun xalqına üz tutaraq yazdığı iki misra məni o zamanda çox düşündürmüşdü:- "Ölüm yatağındayam". Bir insanın öz ölümünü gözləməsi qədər ağır işgəncə ola bilmə. Çox bahalı pereparatlarla müalicəsi olan xəstəliylə mübarizə etmək üçün ilk növbədə pul lazım olduğunu yazan Zabit Elyaz Mirzəyev hər 15 gündən bir 1300$ qiyməti olan 2 ampula pereparatı alması üçün yalnız dostları kömək etdiyini bildirmişdi. Onun saysız hesabsız müraciətlərinə baxmayaraq nə müdafiə, nə də Səhiyyə Nazirliyi onun müalicəsini pulsuz etmədiklərini sosial şəbəkədə yazan zabitimizin harayına qəlbi mərhəmət eşqi ilə dolu olan Fizili müəllim yetişdi. Baxmayaraq ki, Ali Baş Komandanın hərbi qulluqçular haqqında statusunun 109-cu maddəsinin 13-cü bəndinə əsasən, zabitimiz ölkəmizdə pulsuz müalicə olunmalıydı. Silahlı qüvvələr veteranının belə bir durumla qarşılaşması Vətənpərvər hərbiçilərimizi də ruhdan saldığına əminəm. Bu gün Vətəni qoruyan zabitlər Elyaz Mirzəyevin düşdüyü durumu izlədikdə nə düşünəcəklər?
Demək ki hər birimiz sağlamlığımızı itirəriksə bizi də bu aqibət gözləyəcək deyərək xəyal qırığlığına uğrayırlar. Nə yaxşı ki, bu fani dünya da yaxşı insanlarda var. Fizuli Məmmədov həmişə olduğu kimi qazi və zabitlərimizin köməyinə çatır əlindən gələni əsirgəmir. Bu gün qazimiz Hikmət Məmmədovun yazdığı xəbər məni həm kövrəltdi, həm də qürurlandırdı.
Artıq zabitimizin həyatının qurtulmasına ümid var.
Bu çox sevindirici bir xəbərdir. Allah Fizuli müəllimin ruzusunu bol etsin. Onun atdığı bu addım dövlətə xidmətdir.
Çox təssüf ki, bu gün dövlət başçısı tərəfindən səlahiyyətləri olan vəzifə sahibləri üzərilərinə düşən işin öhdəsindən gəlmirlər. Amma öz vəsaitini bu xalqın yolunda canını, sağlamlığını qurban verənlər üçün düşünmədən xərcləyən oğullar var. Fizuli müəllim isə dövlətçiliyə dəstəy olmaq üçün əlindən gələni əsirgəmir. Bu insanın comərdliyindən nə qədər yazsaq söz yetməz.

Almaz İlahə Əhmədova

FİZULİ  MƏMMƏDOVUN COMƏRDLİYİ

Oxunub: 789
Oxşar xəbərlər
SON XƏBƏRLƏR