dini radikalizm və ekstremizmlə mübarizə

Allah rəhmət eləsin!

Allah rəhmət eləsin!
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərindən məcburi köçkün, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbin direktoru Nazim Cəmil oğlu Xudiyev 2019-cu il yanvarın 8-də dünyasını dəyişdi. Nazim müəllim ziyalı ailəsində doğulmuşdu, uzun müddət idi ki, pedaqoji sahədə çalışırdı.
“Xocalı Soyqırımını Tanıtma”, “Yeni Yurd” Sosial İnkişaf, “Xankəndi Məcburi Köçkünlərə Dəstək”, “Qürur” Şəhid Ailələri Xeyriyyə, “Sosial Rifah və Tədqiqatlar”ictimai birliklərinin, habelə, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun üzvləri adından mərhum Nazim Xudiyevin doğmalarına dərin hüznlə başsağlığı veririk.Allah rəhmət eləsin. Amin.
Hörmətlə,
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri;
Mahirə Əsədova,
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri;
Xatirə Vəliyeva,
“Xankəndi Məcburi Köçkünlərə Dəstək” ictimai birliyinin sədri;
Naibə Behbudova,
“Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri;
Əkrəm Bəydəmirli,
“Sosial Rifah və Tədqiqatlar”ictimai birliyinin sədri;
Ədalət Məhərrəmov,
Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri.

Allah rəhmət eləsin!

Oxunub: 860
Oxşar xəbərlər
SON XƏBƏRLƏR