» » Müslüm Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım

Müslüm Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım

Müslüm Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım
Deyir ki, atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtalyanı əks etdirən rəsm...
Mən 1962-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan qarqız deyə çağırırdı…
Marinanın anası Ofeliyanın atası əslən ağsulu Vəli Şəmsəddin oğlu Vəliyev olub. Anası isə Znaida Petrovna Temeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqu məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız olub. Hər ikisinin 18 yaşı olanda evləniblər...
Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi Ofeliya ilə rəsmi nigaha girə bilməməsindən ötrü, bir müddət Müslümün pasportunu gizləyir. Sonradan nənəsini razı salaraq pasportu alıb Ofelya ilə rəsmi nigaha girirlər. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlirlər ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyanı boşayır. Qaynanasının- "Sən heç vaxt yaxşı ər olmayacaqsan"- sözləri onun çox acığına gəlir.
Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina son gününədək Müslümün sevimli qızı olur. Hətta müğənni qızının şərəfinə "Marina" mahnısı da bəstələyib, tədbirlərdə tez-tez oxuyur…
Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub- musiqi, qızı Marina və həyat yoldaşı Tamara…
Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı- Allen Müslüm Maqomayevin nəvəsi olduğundan qürur hissi keçirir…
Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki, Bakıda doğulmuşam, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh və əminamanlıq arzulayıram. Və insanlarını öz doğma bacı-qardaşlarım hesab edirəm…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Müslüm Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım
Müslüm Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031