dini radikalizm və ekstremizmlə mübarizə

Ərkivan qalası

Ərkivan qalası
Ərkivan qalası yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Qalanın tarixi X-XIII əsrlərə təsadüf edir.Ərkivan qalası Masallı rayonunun Ərkivan kəndi ərazisində yerləşir.Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.Ərkivan qalasının yerləşdiyi Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə ,Viləş çayının sağ sahilində .talış dağlarının ətəyində,Lənkəran ovalığında yerləşir.Lənkəran ovalığı isə talış sıra dağları ilə Xəzər dənizi arasında yerləşir.(Bax:ASE,IV cild,Bakı,1992).
Ərkivan Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına bağlı olmuşdur.Belə ki,bu mahal qərbdən talış dağları,şərqdən Xəzər dənizi və Muğan düzü ,cənubdan bugünkü Boradıgah kəndinin,şimaldan Göytəpə qəsəbəsinin ərazisini əhatə edən çox sərvətli bir məkan olmuşdur.Ərkivan isə bu mahalın mərkəzi ,sanki üzük qaşı sayılıb.Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və ərkivanın eyni yer olduğunu qeyd edirlər.Səidəli kazımbəyovun fikrincı ,”Talış xanlığının ən böyek mahallarından biri olan Ərkivan ,xanlığın şimalında yerləşib,qərb hissəsi dağlıq ,şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur.Şimaldan və şimal-şərqdən Şirvan vilayəti ,şərqdən Xəzər dənizi,cənubdan Lənkəran və dağlıq mahalları ,qərbdən Səfidəşt mahalı və İranla sərhjəd olmuşdur.”
Səştvənd mahalının adına görə bir çox tədqiqatçılar Ərkivanı çöl kənarı,dəniz kənarı olan yer adlandırır.Son illərə qədər kənddə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yaşayış məntəqəsi olması ehtimallarını daha da gücləndirir.XƏzərin səviyyəsinin son minilliklərdə 6-7 dəfə kəskin şəkildə qalxması ,Lənkəran şəhəri özü də daxil olmaqla ,bir sıra yerlərin su altında qalması bu fikri bir daha təsdiq edir.Bundan əlavə bəzi tarixçilər Şeyx Səfiəddinin ərkivandan olduğunu iddia edirlər.
Bundan əlavə Ərkivan toponiminə rus dilində çap edilmiş “Azərbaycan tarixi coğrafiyası” kitabında XVI əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə və qalasının adına rəst gəlmək olur.
Belə ki,ris çarı I Pyotr (1672-1725) Ərkivan məntəqəsini Rusiya xadimlərindən “Kerç” ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdir.
Bəzi tarixçilər qeyd edirlər ki,Ərkivan toponiminin əvvəlindı olan “Ərk” fars dilində “qala” ,istinadgah”,”İ” birləşdirici səs,”Van” isə yer deməkdir.Yəni bu fərziyyəni doğru saysaq onda Ərkivan sözünün mənasdı “qalanın yaxınlığında ,istinadgah yerində salınmış kənd deməkdir.(Bax:”Kənd həyatı” jurnalı.17-ci sayı,1977).Buna dayanaraq tyarixçilərin bir qismi Ərkivan toponiminin mənasını qalalı,qala yeri “ kimi mənalandırırlar.(Bax:Ağamusa Axundpov.”Torpağımın köksündə tarixin işləri” Bakı,1983).O üzdən də tarixçilərə görə “Ərk “ qala,”van”isə yer deməkdir.başqa bir mənbədə - vaqif Yusiflinin “ərkivan və Ərkivanlılar” kitabında isə göstərilir : Ərkivan,Ərkəvan,Ardjuvan və Akon kimi göstərilir.”Akon “ Talış dilində “əkon” sözündəndir.”Ə” 0,”kə” ev, “on” cəm şəkilçisidir.
Dilçi alim,professor Ağamusa Axundova görə “ərkivan” qala yeri deməkdir.Ərkivanın Səfəvilərə sıx bağlılığı olmuşdur.Belə ki,tarixçi-alimlər Şeyx Səfiəddinin(1274-1281) Ərkivanda yeddi il yaşadığını qeyd edirlər.Tarixi mənbələrin verdiyi məlumata gğrə 1501-ci ildə Təbrizdən qayıdarkən şah İsmayıl yolüstü Ərkivan qalasında dayanmış və dincəlmiş və Şeyx Səfi bulağından su içmişlər.
Lakin qeyd etməliyəm ki,qala sözü farsca “Ərk” yox,”dej”-dir.Onda belə olan təqdirdə Ərkivan sözünün mənası “qala yeri “olmaqdan çıxır.Fikrimcə bu sözün mənasının açılışı daha qədimlərə gedib çıxır.Çün ki,bu sözün mənası sözsüz ki, nə farsca ,nə də,talışcadır və bu sözün əvvəlki variantı “Urq”dur.Çünki,qədim mesopatomiyada qədim qala şəhərlərin adlarının əvvəlinə qala sözü əlavə edilmişdir.Buna misal olaraq “uruq”,Üurkaqina” və sair.Belə olan təqdirdə ərkivan sözünün əvvəlki forması “Arqivan” və ya “Urqivan”dır.Buna dayanaraq söyləmək olar ki, Ərkivan sözünün mənası “Qala şəhəri” deməkdir.Bundan əlavə fikrimcə Ərkivan toponiminin əvvəlki formalarından biri də,Urquvan və ya raqavan olmuşdur.Çünki,Urqivan formasının qa”qala şəhəri” kimi tərcüməsinə dayanaraq söyləmək olar ki,elə “Raqavan” sözü də tərcümədə “Qala şəhəri” deməkdir.Belə ki,Sasanilər dövründə İranın mərkəzi qala şəhərlərindən biri də,Rey olmuşdur.Rey şəhərinin ətrafı hündür qala divarları ilə əhatələndiyi üçün ona qədimdə “Raqa” və ya “Raqavan” demişlər ki,buinun da,tərcüməsi “Qala ilə əhatələnmiş şəhər” və ya “qala şəhəri” mənasını vermişdir.Bundan əlavə qeyd etmək istəyirəm ki.Hind-Ari dillərində ümumiyyətlə qədim şəhərlərin ətrafı qala divarları ilə əhatələnirdi.Bu divarlardan şəhərə giriş qapıları saxlayırdılar və bu giriş hisəsin üst hissəsi yarımdairəvi formada olurdu.ELə bu səbəbdən də bu hissəyə “Arko” deyilirdi.Bu tipdə qal qapıları qədim yunanıstanda və qədim Romada mövcud olmuşdur.Qeyd etməliyəm ki,”Arko” sözü Hind-Avropa sözü olub mənası qal şəhəri deməkdir.Belə ki,bu söz latınca “Arkos” yunanca “Arko “(bax Arco),Hind-Ari dillərində “Urko” ,Sanskrit dilində “Akro”(Bax-Akra) ,Midiya dilində “Urqa”,qədim fars dilində “Raqa”,yeni farsca isə “Rey” kimi işlənmişdir ki, hamısının mənası “qala şəhəri “ deməkdir.Bu sözün ərəbləşmiş variantı “Urqiyə” –dir ki,sonradan dilimizə daxil olaraq “Ürgə” şəklini almışdır.Lakin Lənkəran rayonuda yerləşən hazırki “Ürgə” adlı məntəqənin sözügedən Ərkivanla heç bir bağlılığı yoxdur.Bundan əlavə Ərkivan toponiminəı yaxın söz Farsca olan “Keyvan” dır ki bu da,Saturun planetinə verilən addır.Ola bilsin Ərkivan qalasında bir zamanlar səma cisimlərini müşahidə qülləsi olub.
V-VI əsrlərdə tikilməsi ehtimal edilən Ərkivan qalası həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur.Aparılan elmi tədqiqatlar Ərkivan qalasının mudafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivanlıların qəhrəmanlıq simvolu olduğunu göstərir.
Novruz Novruzov yazır: Belə qalalardan biri də, ruslar tərəfindən 1722-1732-ci illərdə Ərkivanda tikilmişdir”.(Bax: “Masallı” ,B,1990,səh.15).
Nadir şah öləndən sonra İranda mərkəzi hakimiyyət zəifləyir və Azərbaycanda ayrı-ayrı xanlıqlar ,o cümlədən XVII əsrin sonunda talış xanlığı meydana çıxır.Ərkivan qalası talış xanlığının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərindən biri olmuşdur.
XVIII əsrin əvvəllərindən başlayaraq ərkivan Rusiya dövlətinin diqqətini cəlb etməyə başlamışdır.XIX əsrin əvvəllərində Rusiya və İran arasında gedən muharibə dövründə (1904-1913) Ərkivan qalası hər iki tərəf üçün mühüm strateji əhəmiyyətə malik olmuşdur.Belə ki,general Kotlyarevski nin komandanlığı altında rus ordusu Talış xanlığının ərazisinə girərkən ilk öncə Ərkivan qalasını ələ keçirməyi planlaşdırmışdı.Sözügedəm dövürdə ərkivan qalasını Baba xana yaxınlığı ilə bilinən Sadıq xanın rəhbərliyi altında 4 minlik İran ordusu qoruyurdu.Lakin qüvvələr üstünlüyü Sadıq xanın xeyrinə olmasına baxmayaraq O,Kotlyarevskiyə muqavimət göstəırməyərək Lənkəran qalasına çəkilir.Ərkivanı mudafiəsiz göörən rus qoşunu onu ələ keçirir.Abbasqulu ağa bakıxanov bu haqda yazırdı:
“Kotlyarevski Muğöana gedib Ərkivan qalasını aldı.”(Bax:”Gülüstan-i İrəm”rusca,B,1991).Rus və talış qoşunlarının qələbəsi nəticəsində Ərkivan döyüşündə İran ordusu məğlubiyyətə uğradı və düşməndən 2 top və çoxlu silah ələ
keçirildi.(Bax:F.Əsədov,”Dar gündə yaxşı arxa”).
Bundan əlavə Səidəli Kazımbəyov 1869-cu ildə yuazdığı “Cəvahirnamey-i Lənkəran” kitabında Ərkivan qalası barədə yazır:
“Bu qala Mir Mustafa xanın səadət ulduzu çıxmamışdan Mir Əhməd xanın və onun əmisi uşaqlarının məskəni olmuşdur.Hal-hazırda onların bir qrupu ,o cümlədən Mir Əhməd xanın övladlarının tikdirdiyi imarətin binası dağıdılmışdır”.Amma 1747-1750-ci illərdə Ərkivan qalasının içində həmin binanı tikmək üçün Mir Həsən xana vəsait verilmişdir.Sonra orada yenə qeyd edlir;
“ Bu binanın iç-içə yerləşən üçqat divardan hörülmüş qala içərisində olmuşdur.”
Belə ki,1812-ci il dekabırın 31 dən 1813-cü il nyanvar ayının 1-nə keçən gecə Lənkəran şəhəri və Ərkivan qalası tamailə rus qoşunlarının əlinə keçir.Gülüstan muqaviləsindən sonra Ərkivan qalasında binası olan Mir Həsən xan burada hakimiyyət başına gəlir.(Bax:S.Kazımbəyov.”Səidiyyə”,B,2005).Bundan əlavə Ayaz Əhmədov bu qalanın ətrfındakı qədim yaşayış yerlərini nəzərə alaraq bu qalanın 1500 il yaşı olduğunu qeyd edir.(Bax:Ayaz Əhmədov.Qədim Azərbaycan və onun cənub bölgəsi,B,2011)
Lakin Azərbaycan rusiyaya birləşdirildikdən sonra və sovet dövründə bu qala baxımsızlıq üzündə yararsız hala düşmüşdür.Bu da,az imiş kimi Ərkivan qalasının Cabili məhəlləsində bu abidə həm sata arxeoloqların və həm də qızıl hərislərinin hədəf mərkəzində olmuş və onların apardıqları dağınıq qaıntıları üzündən yararsız hala düşmüşdür.Yerli qocaların dediklərinə görə ,bəziləri dərin quyulardan qiynmətli zinnət əşyaları tapılmışdır.
Belə ki, böyük zaman içərisində Masallı ərazisinin mərkəzi olmuş Dəştvənd –Ərkivan ,1930-cu ildə Azərbaycan SSR-i yaradılarkən öz yerini indiki Masalıı məntəqəsinə vermişdir.Elə o zamandan Ərkivanda yerləşən məşhur Qala bazarı Masallıya köçürülmüşdür.(Bax:Zahir Əmənov,”Ərkivan” kitabı).Ərkivan ərazisində bir neçə məscid var ki,bunlar aşağıdakılardır.
“Göllü məscid(1),”Zeynoba” məscidi(2),”Şeyx Səfi məscidi(3) və “Ğızıləküjə” məscidi(14) və.s.
Bundan əlavə 1836-cı ildə Rusiya imperiyasının Sankt Peterburq şəhərində nəşr olunmuş Rusiya imperiyasının müsəlman əyalətləri kitabından Ərkivan haqda belə yazılır:
“Talış xanlığına,Şirvandan gələn yol kür çayının o tayından başlayaraq Slyandan keçir və oradan da Muğan düzü ilə cənuba uzanır.Bu yol yaxşı yoldur,lakin bu yol daşlarla dolu ,və vaxtaşrı su altında qalıb bataqlıqa çevrilən hissəyə çatanda pisləşir.Bu ərazidə yol iki hissəyəö ayrılır.Birinci yol Qızılağaca gedir,ikincisi isə Alvadı və Ərkivana gedir.Qızılağaca gedəın yol Qızılağav körfəzinin dəniz kənarı qumluq hissəsi ilə sonra qamışlıq və daha sonra isə bataqlıq ilə gedib Qumbaşı boğazına gedib çıxır.Bu boğaz 85 sajen uzunluqda,5-8 fut araslında dərinliyə malikdir.Bu boğazdan o taya səhər saatlarında bərə vasitəsi ilə Lənkərana tərəf gedilir.
İkinci yol isə - Ərkivan yoludur ki,başlanğıcı yaxşı olsada ,bu yolda da bataqlıqlar var.Lakin bu yol Qızılağac yoluna nisbətən daha rahatdır.Bu yolla Qumbaşı keçidi ilə və ya qərb və cənubda yerləşən kiçik dəniz(dəhnə-Bax :”Морцо”sözü rus dilindən tərcümədə “Dəhnə” və ya “kiçik dəniz” deməkdir.) hissəsi ilə Lənkərana getmək olur.Lənkərandan İrana sahilboyu uzanan yol Astaradan keçir,necəki Qumbaşı boğazından Lənkərana uzanan yol dəniz sahili ilə gedir.Salyandan –Lənkərana Qızılağacla gedən yol 220,Ərkivanla gedən yol isə 130 verstdir; Lənkərandan Astaraya isə 40 verstdir.Şirvandan İrana gedən yollardan biri də Ərkivandan keçir. (Bax: Обозрение Российских владениий за Кавказом в военный округ Мусульманские провинции Российской импперии.часть 3 стр.193-195)
Ərkivan məntəqəsi – Dağların yaxınlığında ,çox gözəl yerdə və Ərkivan çayının sahilində yerləşir. Alvadı məntəqəsi isə Cindır çayının sahilində yerləşir.Deyilənlərə görə Ərkivanla Alvadı arasında böyük meşə ilə əhatələnmiş bir yer var və orada nə vaxtsa qədim Cum-Cum şəhəri mövcud olmuşdur.Hal-hazırda da bu şəhərin mövcudluğunu sübut edən şəhər divarlarının qalıqları qalmaqdadır.(Bax yenə orda стр.241) (Bax: Мусульманские провинции Российской импперии.стр.193-195)
.Abidənin invertar nömrəsi 4856,sistem kodu isə AJA001658-dir.

Aqşin Mistanlı
Tədqiqatçı-Tarixçi

Oxunub: 1 956
Oxşar xəbərlər
SON XƏBƏRLƏR