dini radikalizm və ekstremizmlə mübarizə

"İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Xocalı sakinlərinin qonağı oldu

"İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Xocalı sakinlərinin qonağı oldu
5 ay öncə fəaliyyətə başlamış "İnkişaf İnternet Televiziyası" Azərbaycan dövlətçiliyinə, dövlətçilik ənənələrinin qorunmasına xidmət edir.Tele-kanalın əməkdaşları mütəmadi olaraq Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətilə, işgüzar insanlarla görüşür, müsahibələr götürürlər.Yanvarın 4-də "İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Bakının Sabunçu rayonunun "Qızılqum" və Pirşağı qəsəbələrində müvəqqəti məskunlaşmış Xocalı sakinlərinin qonağı oldu.Öncə Xocalı şəhər 2 saylı tam orta məktəbin pedaqoji kollektivi ilə görüş oldu. Daha sonra Xocalı sakinləri "İnkişaf İnternet Televiziyası" üçün müsahibə verdilər.Məktəbin direktoru, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Salah qızı Rüstəmova, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı Ceyran Əkbər qızı Əzizova, Xocalı sakinləri-Zənurə Razim qızı Səlimova,Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi Sevda Teyyub qızı Məmmədova,şəhər sakini Sevda Seydi qızı Səlimova, Xocalı şəhər Musiqi Məktəbinin müəllimi, şəhid Zahid Xudiyevin bacısı Rəna Xudiyeva Xocalı soyqırımı zamanı törədilən erməni vəhşiliyindən söhbət açdılar.
Maraqlı müsahibəyə görə Tele-Kanalın əməkdaşları Sevinc Novruzova və tele-operator Nicat bəyə təşəkkür edirik.


Şamil Sabiroğlu,
"İnkişaf İnternet Televiziyası"nın baş redaktoru
"İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Xocalı sakinlərinin qonağı oldu
"İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Xocalı sakinlərinin qonağı oldu
"İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Xocalı sakinlərinin qonağı oldu
"İnkişaf İnternet Televiziyası"nın əməkdaşları Xocalı sakinlərinin qonağı oldu

Oxunub: 902
Oxşar xəbərlər
SON XƏBƏRLƏR