dini radikalizm və ekstremizmlə mübarizə

“İlhamlı Azərbaycanım"adlı tədbir keçirilib

“İlhamlı Azərbaycanım"adlı tədbir keçirilib

Dekabrın 22-də “Premium” oteldə "Qafqaz-Media" İctimai Birliyinin təşkilatçılığı ilə Ölkə Prezidenti, cənab İlham Əliyevin anadan olmasının 57-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.Tədbirin aparıcıları Xalq TV-nin aparıcı müxbiri Mənsurə Həşimova və Klip teatrının direktoru Emin Heydərov ilk sözü tədbirin təşkilatçısı Hacı Azadə-Taleh Abbasqızına və Xalq TV-nin başdirektoru Hidayət Möhnətova veriblər

İctimai Birliyin sədri, Prezident təqaüdçüsü Hacıxanım Azadə Taleh Abbas qızı İlham Əliyevin şərəfli həyat və fəaliyyəti, Azərbaycan xalqının taleyində rolu, gördüyü işlər və ölkənin sosial-iqtisadi inkişafı sahəsində qazanılmış möhtəşəm uğurlardan, həyata keçirilən köklü islahatlardan söhbət açıb. O, həmçinin bu qadir siyasətçinin həyat və fəaliyyətini ardıcıl olaraq dilə gətirib. Eyni zamanda 2005-ci ildə İrana səfər çərçivəsində Tehranda "İmdad"komitəsinin baş ofisindəki görüşündəki,2005-ci ildə Milli Mətbuat günündə "Gülüstan" sarayındakı bayram tədbirindəki görüşlərindən ağızdolusu danışdı.Və vurğuladı ki,2000-ci ildə Parlament seçkilərində YAP -ın xətti ilə İlham Əliyevlə Gəncədə,Mingəçevirdə,Bərdədə,Xaçmazda,Sumqayıtda,Lənkəranda və başqa bölgələrimizdə İlham Əliyevin çıxışları və biz jurnalistlərə qayğısından söhbət açdı.

Vurğuladı ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda böyük siyasətçi Heydər Əliyevin ailəsində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 nömrəli orta məktəbdə həyat yoldaşı Cavanşir Vahabovla
"b" sinifində təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi çalışıb. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Dahi siyasətçi Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. O, suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İlham Əliyev həm də özünü siyasət aləmində sınamağa nail olub.

2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. O, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edib. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

Siyasət aləmində pilə-pillə irəliləyən İlham Əliyev 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu bu işıqlı insanın lehinə səs verib, o, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə ikinci, 2013-cü ildə isə üçüncü müddətə prezident seçilib. 2018-ci ildə isə demək olar ki, səslərin 86 faizini toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq İlham Əliyev Azərbaycan xalqının multikulturallığını, tolerantlığını və tarixi ənənələrini davam etdirir, intellektual potensialımızı müstəqil dövlətimizin parlaq inkişafı üçün zəminə çevirir. Prezident İlham Əliyev məhz Ulu Öndərin zəngin irsinə əsaslanaraq müdrik lider kimi Azərbaycan dövlətini qeyri-sabit siyasi çarpışmalar, təlatümlərlə dolu dünyamızda məharətlə idarə edir.
Tədbirin təşkilatçılığına görə ,QMİB-nin sədr müavini Sahilə Abdullayevaya xüsusi təşəkkürünü bildirən Azadə Hüseynova çıxışından sonra Xalq TV-nin baş direktoru ,informasiya dəstəyinə görə Hidayət Mötnətova təşəkkür edib və ona söz verib və onun yenicə çapdan çıxmış "Doğma Yurdum Şamaxı"kitabını müəllifin məhz Ölkə Başçısı İlham Əliyev cənabların doğum gününə hədiyyəsi kimi dəyərləndirib.Tədbir iştirakçıkarın hamısına bu kitab hədiyyə olunub.
Xalq TV-nin baş direktoru Hacı Hidayət Şirvanlı çıxışında dövlətə-dövlətçiliyə olan sədaqətinin bariz nümunəsi kimi yenicə çapdan çıxmış "Doğma yurdum Şamaxı"kitabını məhz bu gün üçün Cənab Prezidentin ad gününə hədiyyə olduğunu vurğuladı.Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevə Müstəqil Azərbaycan naminə gördüyü işlərdə uğurlar arzulayıbTəhsin Mutəlimov,BDU-nun profesor,AMEA-nın müxbir üzvü,professor Roza Eyvazova,Kübra Əliyeva,AMEA-nın profesoru,əməkdar elm xadimi,Hikmət Mahmud,şair,AMEA-profesoru,BDU-nun professoru Şövqü Göyçaylı, Əli Nuriyev AMEA-nın müxbir üzvü,Əyyub Əzizov,BDU-nun professoru,kafedra müdiri,Nərgiz Quluyeva AMEA-nın professoru,BDU-nun kafedra müdiri Knyaz Aslan,BDU-nun müəllimi Leyla Abasova,Xeyriyyəçi mühəndis Elmira Əsədova,şairMürvət Qədimoğlu Həkəri,tanınmış jurnalist Zaur Rzayev,xeyriyyəçi İlham Kərimov, “Xalq Tv”-nin baş direktoru Hidayət Möhnətov, Türkiyədən gəlmiş qonaqlar İbrahim Yıldırım, Nərmin Kanışlı, Təbrizdən gəlmiş qonaq, “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Zərəngiz Dəmirçi Qayalı, Fəxrəddin Meydanlı, Akademik Nərgiz Axundova,şairə Səadət Buta,Səriyyə Dumanlı,Səadət Novruzqızı və başqaları Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq, ölkədə insan amilinin önə çəkilməsi, səmərəlilik, vətəndaş məmnunluğu və şəffaflıq, bir sözlə, “effektiv idarəetmə” prinsipinə nail olunduğunu bildiriblər.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin sərəncamları ilə mədəniyyətin, elmin , iqtisadiyyatın və kənd təsərrüfatının müxtəlif sahələrində yüksək uğurlar əldə olunub. Onun ədiblərin, alim və filosofların yubileyləri və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinə dair Sərəncamı yüksək ruh yüksəkliyi ilə qarşılanıb. Hətta ölkəmizin hududlarından kənarda da ona rəğbət hissi oyadıb.Çıxışçıların hər birinə QMİB-nin təsis etdiyi "İlhamlı Azərbaycanım" diplomlar təqdim olunub

Prezident İlham Əliyevin Türkiyəyə səmimi, işgüzar, uğurlu səfərləri qardaş türk xalqının da ehtiramına səbəb olub və Türkiyə dövlətinin dostu meyarlarına görə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) keçirdiyi rəy sorğusuna əssasən, o, başa çatmaqdaolan 2018-ci ildə “İlin dövlət başçısı” seçilib. Bu seçim Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb. TADEF-in bu seçimi də ölkəmizin Prezidentinin artan nüfuzundan xəbər verir.

Tədbirdə incəsənət ustalarının -dünya işığına həsrət Suma Tapdıqova,Çimnaz Sultanova(Səhnəmizin Larisası),Vüqar Qarabağlı,Məsumə Əliyeva,Leyla Şərifova,xanəndə Ziba Huseynova,qarmon ifaçısı Şəhriyar,Vüsalə Məmmədova və başqalarının ifasında geniş konsert proqramı təqdim olunub.Klip teatrının tamaşası sürəkli alqışlarla qarşılanıb,balaca Elif İftixarqızı tədbir iştirakçıkarını aktyorluğu ilə heyrətləndirib.Sözləri Azadə-Talehə aid olah Bakı mahnısını Arif İdrisoğlu ilk dəfə ifa edib,Azadə xanımın yeni mahnısına görə "İlhamlı Azərbaycanım"plaketi ilə mükafatlandırılıb.

Sonda qonaqlara və mədəniyyət xadimlərinə uğurlu fəaliyyətlərinə görə “Qafqaz Media” İctimai Birliyinin tərtib etdiyi “İlhamlı Azərbaycanım" diplomu təqdim olunub.

“Qafqaz Media”TV-nin,qafqazmedia.az-ın şöbə müdiri

Aynur İsmaylova
“İlhamlı Azərbaycanım"adlı tədbir keçirilib
“İlhamlı Azərbaycanım"adlı tədbir keçirilib
“İlhamlı Azərbaycanım"adlı tədbir keçirilib

Oxunub: 1 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR