dini radikalizm və ekstremizmlə mübarizə

O, TARİX YAZANLARDAN BİRİDİR

O, TARİX YAZANLARDAN BİRİDİR
Hər ana üçün övladının doğum günü bir bayram olar. Analıq duyğusunu ilk yaşadan övladın sevgisi də tam fərqli olar. Axı analığ duyğusunu yaşadan övlad eşqinin ilk meyvəsi, ilk nübarıdır. Valideyinlər hər bir övladın sevər amma, ilk övladın dünyaya gəlişi qədər xoşbəxt olan an onların ömründə birdə təkrarlanmaz. Nurəddində Mirzəyevlər ailəsinin ilk övlad payı idi. Ondan sonra bir bacısı və bir qardaşı dünyaya gəldi, amma Nurəddin anası üçün başqa oldu. O, oğul olsada anası üçün o bütün sevgiləri daşıyan bir övlad idi. Tükənməz arzuları var idi o günə kimi. O, mənfur düşmənin gülləsinə tuş gəldiyi günə kimi. N. Mirzəyevin qısa şərəfli ömür yoluna nəzər salaqş
Nürəddin Etimad oğlu Mirzəyev 20 dekabr 1996 - ci ildə Yardımlı rayonunun Honuba kəndində anadan olmuşdur.
19 yaşlı əsgər Nürəddin Mirzəyev 02 aprel 2016 - cı ildə Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.
04 aprelində isə Nürəddin Mirzəyev doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Nürəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
PS. Oxuduğunuz çox qısa bir ömür, bəlkə də bir vərəqə sığacaq yazılarla əhatə olunmuş bir tarixçədir. Amma əsirlərlə yaşayacaq qəhrəmanlıq salnaməsidir Nurəddin. O, 50, 60, 70 il yaşayanlardan mənalı ömür yaşadı. Minlərin, milyonların qazanmadığını qazandı o, elə bir uca ada layiq oldu ki, heç bir pul para ilə Allah qatında bu adı almaq olmaz. O, mənim Şəhidimdir. O, bizim şəhidimizdir. O, tarix yazanlardan biridir.

Almaz İlahə

O, TARİX YAZANLARDAN BİRİDİR
O, TARİX YAZANLARDAN BİRİDİR

Oxunub: 826
Oxşar xəbərlər
SON XƏBƏRLƏR