dini radikalizm və ekstremizmlə mübarizə

“Ağ ölüm”- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə dövlət qurumlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər

“Ağ ölüm”- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə dövlət qurumlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər
Narkomaniya xəstəliklə bərabər cinayətkar ordusu yaradan bir bəladır. Bu gün narkomaniya və onun törətdiyi fəsadlar təəssüf ki, ölkəmizdə də aktual problemdir. Bu problemlər bir tərəfdən dünyada baş verən sosial – iqtisadi çətinliklərdən, təhsildəki problemlərdən, informasiya çatışmazlığından, digər tərəfdən gənclər arasında hüquqi maarifçilik işinin zəif aparılmasından irəli gəlir. Region gənclərinin çox hissəsi hüquq pozuntuları və zərərli vərdişlərlə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və digər qanunvericilik aktlarının konkret müddəaları ilə tanış deyillər, öz hüquqlarını bilmirlər. Belə vəziyyət sağlam cəmiyyət quruculuğu prosesində əlavə problemlər yaradır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq 31 ildir dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd etməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Narkomaniya xəstələri öz davranışlarına fərdi-iradi nəzarəti itirirlər və bu hal müxtəlif cinayətlərin törədilməsini asanlaşdırır. Narkomaniya insan beyinin və şüurunun xəstəliyidir. Şəxsiyyətin fiziki və sosial deqradasiyası nəticəsində narkomanlar ictimai həyatdan kənarlaşırlar. Narkomanlıq cəmiyyətin genefondunu məhv edir və cəmiyyət üçün təhlükə yaradır. Narkomaniya insanlar arasında tibbi çatışmazlıqla yanaşı ciddi hüquq pozuntuları yaradan böyük bir problemdir.Narkomaniyaya qarşı mübarizədə hüquqi və tibbi maarifləndirici tədbirlərə ehtiyac böyük olsa da, mübarizə üsullarını bu kimi tədbirlərlə yanaşı daha kütləvi, kreativ və gənclərin başa düşəcəyi formada edilir. Bir sıra dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına müxtəlif formalarda dəstək göstərməsi həyata keçirilən ümumi fəaliyyətin ictimai faydalığını daha da artırır. Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı əsasında yaradılmışŞuracəmiyyət, xüsusən dəgənclər üçün təhlükə törədən narkomaniyaya meyillilik, həmçinin insan həyatı üçüntəhlükə törədən digər zərərli vərdişlərlə mübarizədə fəal rol oynayır. Belə ki, Şura hər il bu istiqamət üzrə QHT-lərin aktiv fəaliyyətini dəstəkləyərək onların layihə təkliflərinin maliyyələşməsi ilə bağlı qrant vəsaitləri ayırır. Şuraötən fəaliyyəti dövründə həyata keçirdiyiqrant müsabiqələrindədə mütəmadi olaraq “Narkomaniyaya qarşı mübarizə” mövzusunageniş yervermişdir.

Şuranın üzərinə düşən vəzifələrdən danışarkən ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələri üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərdən və müxtəlif yaş təbəqələri üçün təşkil edilən aksiyalardan bəhs etmək lazımdır. Bu istiqamətdə QHT-lərin aktiv ictimai proseslərə,müxtəlif layihə və proqramların həyata keçirilməsinəcəlb olunması Şuranın qarşında dayanan əsasvəzifələrdən hesab olunur.

Şura 2017-ci ildə adıçəkilən mövzuda 15 layihəyə ümumilikdə 100000 manat qrant vəsaiti ayırmışdır. Layihələr çərçivəsində icra olunmuş işlərə 45 nəfər cəlb edilmişdir. Bu layihələr çərçivəsində 2195 uşaq, 1886gənc, 1598 nəfər digər yaş qruplarına aid olan benefisiarlar faydalanmış, bunlardan da 3258-i kişi, 2421-i isə qadın olmuşdur. Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında icra edilmiş layihələr zamanı 6 təlim, 37 seminar, 11 digər formalı tədbirlər təşkil edilmiş, 7 buklet və 3 sosial çarx hazırlanmışdır.

Başa çatmaqda olan 2018-ci ildə bu istiqamətdə aşağıda adları qeyd olunan 24 layihənin icrasınaŞura tərəfindən ümumilikdə 158 800 manat qrant vəsaiti ayrılmışdır. Narkomaniya əleyhinə fəaliyyət göstərən QHT-lərin bu istiqamətdə təşkil etdiyi tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr əsasən gənclərlə işləmək üzrə ixtisaslaşmış QHT-lər tərəfindən həyata keçirilir.

- Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyinin “Sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılması” adlı layihəsi;
- "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin “İnsan ekologiyası: "Narkomaniya cənublu məktəblilərinin gözü ilə" adlı rəsm müsabiqəsi və sərginin təşkili” adlı layihəsi;
- “Ailələrin Maarifləndirilməsi” İctimai Birliyinin “Qeyri-ənənəvi təhsil metodları vasitəsilə narkomaniyaya qarşı mübarizə tədbirlərinin təşkili” adlı layihəsi;
- Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyinin “Xaçmaz və Quba rayonlarının gəncləri arasında QİÇS və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə maarifləndirmə işinin təşkili” adlılayihəsi;
- "Feniks" Sağlam Həyat Təbliği İctimai Birliyinin “Məktəblilərin sağlamlığının qorunması məqsədi ilə maarifləndirmə forumlarının keçirilməsi” adlı layihəsi;
- “Antinarkotizm“ beynəlxalq elmi-analitik mərkəz İctimai Birliyinin “Sağlam gələcək naminə narkotiklərə qarşı mübarizə tədbirlərinin keçirilməsi” adlı layihəsi;
- "Gələcək" intellektual inkişafa yardım İctimai Birliyinin “Narkomaniyaya qarşı təbliğat tədbirlərinin keçirilməsi” adlı layihəsi;
- “Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyinin“Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” adlı pyesin hazırlanması və DVD–video kompakt disklərə köçürülərək yayılması” adlı layihəsi;
- Obyektiv milli dəyərlərin təbliğinə dəstək İctimai Birliyinin“Narkotikanın bəlalarından bəhs edən videoçarxın hazırlanması” adlı layihəsi;
- “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyinin “Bakı, Abşeron və Sumqayıtda narkomaniya və İnsan İmmunçatışmazlığı Virisuna (İİV/QİÇS) qarşı innovativ yollarla maarifləndirmə aksiyalarının təşkili, sosial şəbəkələr vasitəsi ilə təbliğatın aparılması” adlı layihəsi;
- "Muğan" inkişafa yardım İctimai Birliyinin“Narkomaniya və QİÇŞ-lə mübarizəyə həsr edilmiş tədbirlərin təşkili” adlı layihəsi;
- "Sağlam Dünya" İctimai Birliyinin“Yeniyetmə və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə işinin təşkili, sosial şəbəkələr vasitəsi ilə geniş dairədə təbliğatın aparılması” adlı layihəsi;
- “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyinin“Sağlam həyat naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi adlılayihəsi;
- Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin “Narkomaniyaya, İİV/QİÇS-ə qarşı mübarizə məqsədilə, zərərli vərdişlərdən qorunma yollarının təbliği” adlı layihəsi;
- Sağlam Gəncliyə Doğru İctimai Birliyinin “Narkomaniya qarşı mübarizə ilə bağlı regionlarda seminarların keçirilməsi”adlı layihəsi;
- "AİDS-lə Mübarizə" İctimai Birliyinin “Yüksək təsirə məruz qalan əsas hədəf qrupları arasında İİV/QİÇS-lə bağlı zərərin azaldılması” mövzusunda maarifləndirmə kampaniyasının təşkili adlı layihəsi;
- Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi İctimai Birliyinin“Cəzaçəkmə müəssisələrində İİV/QİÇS - in profilaktikasında maarifləndirmə işinin və psixoloji xidmətin təşkili” adlı layihəsi;
- “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin “Əsarətdən cəsarətə” adlı teatr tamaşasının təşkili adlılayihəsi;
- "Hüquqi İnkişaf və Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin “Məktəblilər arasında İİV virusuna yoluxmama yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı layihəsi;
- Dövlətçilik Ənənələrinin Təbliği İctimai Birliyinin “Narkomaniya: çətin və erkən ölüm” mövzusunda əhalinin maarifləndirilməsi adlı layihəsi;
- Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin “Narkomaniya ilə mübarizəyə dair tədbirlərin təşkili” adlı layihəsi;
- “Narkotizmlə Mübarizə” İctimai Birliyinin“Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı layihəsi;
- "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin “Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi” adlı layihəsi;
- "Mədəniyyət dalğası" yaradıcılığın təşviqi İctimai Birliyinin “Narkomaniya, İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu və bu kimi xəstəliklər haqqında məlumatlandırma tədbirlərinin keçirilməsi, video çarxın hazırlanması” adlı layihəsi.

Qeyd olunan layihələrin icrasıbu sahədə dövlətin həyata keçirdiyi siyasətə dəstəyi ifadə edir, həmçinin narkomaniyaya qarşı mübarizə sahəsində ictimai müqaviməti gücləndirməklə cəmiyyət həyatında yüksək maarifləndirici əhəmiyyəti daşıyır. Bu layihələr Bakı şəhəri ilə yanaşı,ölkənin digər regionlarını da əhatə etmişdir. İcra edilmiş layihələr məzmunca əsasən, maarifləndirmə xarakterli olmuşdur. Xüsusən regionlarda gənclərin iştirakı ilə keçirilmiş tədbirlərdə asudə vaxtın səmərəli təşkili mövzusunda geniş müzakirələr aparılmışdır. Layihələrin məqsədi ümumilikdə mərkəzdə və regionlarda narkomaniya, onun fəsadları mövzusunda gənclər arasında maarifləndirmə işlərinin aparılmasından, bu mövzularda tədbirlərin təşkilindən ibarət olmuşdur. Konkret rəqəmlərə gəldikdə, bildirmək istərdim ki, icra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə80 nəfər işçi cəlb olunmuş, 5110 nəfər layihələrdə iştirak edərək bəhrələnmişdir. Bunlardan 1390 nəfəri uşaq və yeniyetmə, 2520 nəfəri gənc, 1200 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 81seminar və müxtəlif tipli tədbirlər təşkil olunmuş, 19 buklet, 3 sərgi və 2 sosial çarx hazırlanmışdır.Xüsusilə qeyd etmək yerinə düşər ki,gənclərin iştirakı ilə 2 teatr tamaşasıtəşkil olunmuşdur.

2019-cu ildə də dövlətin və cəmiyyəttərəfindən narkomaniyaya qarşı həyata keçiriləcək mübarizə tədbirləri çərçivəsində Şuranın qarşısında mühüm vəzifələr dayanır. Onu da qeyd etmək istəyirəm ki, dövlət qurumlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya kimi zərərli vərdişlərəmeyillik getdikcə əhəmiyyətini azaldacaqdır.

QHT-lərlə davamlı iş birliyində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələrindənŞura növbəti illərdə də “Narkomaniyaya qarşı mübarizə” mövzusunda yeni, innovativ təkliflər, bu ictimai-sosial təhlükə ilə mübarizədə daha effektiv yanaşma üsulları və tədbirlərin qapalı məkanlardan açıq məkanlara çıxmasını gözləyir.



Həmidov Rövşən
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Katibliyinin aparıcı məsləhətçisi

Oxunub: 810
Oxşar xəbərlər
SON XƏBƏRLƏR