dini radikalizm və ekstremizmlə mübarizə

YAŞAYARKƏN ÖLƏNLƏR VAR

YAŞAYARKƏN ÖLƏNLƏR VAR

Ağır taley yüklü analar, necə çəksin bu ağrı acını. Övlad acısının ağır yükünü zərif çiyinlərində çəkən görəsən nə qədər ana var? Yuxusuz gecələrdə sübhə təki beşiyinin başında sübhün açılmaslnı gözləyən analar bir gün övlad cənazəsinin başı ucunda duracağın o zamanlar heç düşünməzdilər. Amma fələyin belə acımasız işləri də var. Cənazəsinin gətirilməsindən artıq bir il keçdi, bu gün Fizuli Salahovun Şəhidlik zirvəsinə ucalmasının il dönümüdür. Günlər, aylar gəlib keçir amma gedəni geri qaytarmaq olmur. Geri də isə niskilli qəlblər, parçalanmış, dağılmış ailələr, atasız körpələr, vaxtsız dul qalan gənc gəlinlər, diriykən ölən valideyinlər, paramparça olmuş, viranə qalmış yuvalar qalır. Sevda anada Şəhid anaları kimi deyir:" Balamdan sonra mən ölmüşəm."
Erməni vandallarının etdiyi zülmün həddi-hüdudu yoxdur. Bir ailədən gedən şəhid tək özü bu dünyanı tərk etmir, gedişi ilə eləcə də sevənlərini özü ilə məzara aparır. Yaşayarkən məzara dəfn olunanlar, diriykən ölənlər məhz belə insanlardır. Mənim qəhrəman övladlarım Vətənini, anasını qorumaq üçün Şəhid olarkən düşünmədi ki, ondan sonra ailəsi pərən-pərən olacaq. O, düşünmədi ki, gedişiylə sevdiklərini diriykən ölümə aparacaq. Şəhid, Vətəninə düşmən ayaq açmasın deyə düşünərkən canını fəda verdi. Amna o bilmədi ki, sapı özümüzdən olan baltalardan -" erməni əsgəri mənim düşmənim deyil" deyənləridə olacağ. Bu haqqsızlıqları görən analar necə yaşasın?
Amma yaşamaq məcburiyyətindədirlər. Sevda ananı biz ilk tanıyan günlərdə hər zaman öz ölümünə fərman verəcəyini düşünürdük. Amma indi Fizulisini yaşatmaq üçün mübarizə aparır. Fizilinin övladlarının evlərinin olmamasını özünə dərd edir. Oğlunun adına küçə olmasını, hansısa təhsil ocağına balasının adının verilməsi üçün məmurlara müraciətlər edir. Bizim istəyimiz odur ki, analar görd divara qapanaraq ömrünü məhv etməsin, övladlarını yaşatmaq üçün mübariz olsunlar. Artıq Sevda ana acısının böyüklüyünə baxmayaraq Fizulisini yaşatmaq üçün yaşayır. Fizuli Salahovu oxucularımıza tanıtmaq istəyirəm , kimdir O?
Füzuli Süleyman oğlu Salahov 1978 - ci ildə Şabran rayonunun Gəndab kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Akademyasında təhsil almış və 2003 - cü ildə məzunu olmuşdur.
13 dekabr 2017 - ci ildə qoşunların təmas xəttində
Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejiminin pozması nəticəsində hərbi qulluqçumuz, gizir Füzuli Salahov şəhid olmuşdur.
Ermənilərin atdığı güllə nəticəsində şəhid olan azərbayacanlı hərbçinin cənazəsi ailəsinə təhvil verilmiş və 15 dekabr 2017 -ci ildə doğulduğu Şabran rayonunun Gəndab kənd qəbristanlığında dəfn olunmuşdur. ALİ BAŞ KOMANDAN İlham Əliyev hərbiçilərlə görüşmüş və Fizuli Salahovu döyüşdə göstərdiyi şücayətlərinə görə döş nişanı ilə təltif etmişdir.
Cənab prezident Fizulinin sinəsinə döş nişanını özü taxaraq onu təbrik etmişdir.

Almaz İlahə
YAŞAYARKƏN ÖLƏNLƏR VAR
YAŞAYARKƏN ÖLƏNLƏR VAR
YAŞAYARKƏN ÖLƏNLƏR VAR

Oxunub: 1 134
Oxşar xəbərlər
SON XƏBƏRLƏR