» » Zakir Həsənov açılış etdi - FOTO

Zakir Həsənov açılış etdi - FOTO

  • 14-12-2018, 17:18
  • Gundem
  • 199
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə hərbi obyektin təyinatı və fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, komanda məntəqəsi tabelikdə olan bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələrin hazırlanmasını həyata keçirir.

İdarəetmə məntəqəsinin bütün xidməti və inzibati otaqları yeni texniki avadanlıqla təchiz edilib, mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, asfalt örtüyü salınıb, habelə binaya mərkəzləşdirilmiş istilik sistemi, elektrik, su və qaz xətti çəkilib.

Müdafiə naziri bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin daim diqqət mərkəzində saxlanılmasını bir daha xatırladaraq məntəqənin imkanlarının genişləndirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.
Zakir Həsənov açılış etdi - FOTO
Zakir Həsənov açılış etdi - FOTO
Zakir Həsənov açılış etdi - FOTO
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30