dini radikalizm və ekstremizmlə mübarizə

Ümummilli lider Heydər Əliyev dünya siyasətində sözünü deməyi bacaran siyasətçilərdən biri idi

Ümummilli lider Heydər Əliyev dünya siyasətində  sözünü deməyi bacaran siyasətçilərdən biri idi
Ümummilli lider Heydər Əliyev dünya siyasətində sözünü deməyi bacaran siyasətçilərdən biri idi.
XX və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti ilə Azərbaycan tarixində iz qoydu.
Onun dünyada sülhün bərqərar olması üçün göstərdiyi xidmətləri gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Ulu öndər, hələ keçmiş SSRİ-nin, əsas idarəçilərindən biri olmaqla bu ölkənin siyasətinə yön vermişdir. Sonradan müasir, müstəqil Azərbaycanın əsas memarı kimi tariximizə adını qızıl hərflərlə yazdırmağı bacarmışdır. İstər sovet məkanında, istərsə də ölkəmizin daxilində gərgin siyasi çaxnaşmaların və müharibələrin hökm sürdüyü bir təlatümlü dövrdə meydana atılan bu əvəzolunmaz şəxsiyyət, hadisələri Azərbaycanın və regionun xeyrinə dəyişməyi bacarmışdır. Bir sözlə, Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. O, yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə hər zaman sadiq qalan dövlət xadimi idi. Bundan əlavə, onun siyasəti əsasən milli maraqlar üzərində qurulmuşdu. Heydər Əliyevlə bağlı danışmaq olduqca böyük məsuliyyət tələb edir. Lakin bunu qəti şəkildə demək istərdim ki, o, bütün ömrünü Azərbaycan milli ideyasına, milli dövlət quruculuğu prosesinə həsr edən, xalqının taleyüklü problemlərinin həllində həmişə çətin, keçilməz situasiyalarla qarşılaşmaqdan çəkinməyən yeganə lider idi.
12 dekabr onun bizləri cismən tərk etdiyi gündür. Lakin onun ideyaları, bizlərə miras burxadığı siyasi irs, apardığı mübarizənin amalları hər zaman gələcək nəsillərimiz üçün örnək və ibrət nümunəsi kimi xatırlanacaq.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Hər zaman öz sevgisini və məhəbbətini göstərən minlərlə ziyarətçilərdən biri də Əliyevlər ailəsinin sədaqətli dostlarından olan, Heydər Əliyev siyasətinin davamçılarından Ələsgər Həkimov da Ümummilli liderin məzarını ziyarət etmişdir.
1990-cı illərdə Azərbaycanın qanlı-qadalı günlərində dahi şəxsiyyətin yanında olmaq Ələsgər Həkimova qürur verirdi, necə ki, bu gündə Ümummilli lider haqqında söz açdıqda gözlərini bir nöqtəyə dikərək hey baxar və göy üzü tək dolmuş gözlərini hər kəsdən gizləməyə çalışar, bəzən də onun haqqında danışarkən qəhərlənər sanki boğazı tıxanar.
Bu gün haqq dünyasına gedişindən 15 il keçməsinə baxmayaraq O, hələ də sevilir, sevənləri isə onun sevməydən usanmadı. Hər kəs qəlbinin bir hissəsində onu yaşatdı. Məhz Ələsgər Həkimov kimi Onu sevənlər kimi. Sevilərək yaddaşlarda yaşayanlar isə ölmürlər!
Məkanı cənnət olsun !
Ümummilli lider Heydər Əliyev dünya siyasətində  sözünü deməyi bacaran siyasətçilərdən biri idi
Ümummilli lider Heydər Əliyev dünya siyasətində  sözünü deməyi bacaran siyasətçilərdən biri idi

Oxunub: 1 007
Oxşar xəbərlər
SON XƏBƏRLƏR