dini radikalizm və ekstremizmlə mübarizə

Prezident onlara ali xüsusi rütbələr verdi - SİYAHI

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.



Modern.az xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.



Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:



Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayev.



Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Oxunub: 653
Oxşar xəbərlər
SON XƏBƏRLƏR